Şrift:
Mehdi Kuxiyan məhkəmədə bəraət qazanıb
03.03.2015 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
2013-cü il mayın 25-də tutulan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan məhkəmədə bəraət qazanıb. O atası evindən çıxarkən Təbrizin İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) təhlükəsizlik məmurları tərəfindən tutulmuşdur.
Əldə etdiyimiz məlumata görə, yaxalanarkən insanların o cümlədən öz anasının gözü qarşısında məmurlar tərəfindən döyülən fəal, SEPAH-ın təhlükəsizlik təcridxanasında ağır vəziyyətdə işgəncə edilib və bunun nəticəsində sağ qolu qırılmışdır. Lakin son məlumata görə, Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi 4 ay məhkumluq müddətini çəkdikdən sonra ona bütün ittihamlardan bəraət verib.

Qeyd edək ki, M.Kuxiyan bir çox mədəni fəaliyyətlərinə görə seçilən fəallardan biridir. O mədəni fəaliyyətlərinə görə keçən illərdə dəfələrlə tutulub və uzun müddətli həbs cəzalarına məhkum edilib. Fəal 2 illik həbs cəzasının icrası üçün həbsxanaya salınıb, lakin 15 ay həbsdən sonra 80 milyonluq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. O dağıdıcı Qaradağ zəlzələsi baş verdiyi zaman təbii fəlakətdən zərər çəkən soydaşlarımıza müxtəlif şəkildə yardım göstərib və əhalidən onlar üçün yardım toplayıb... .
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed