Şrift:
Con Kerri: -İranla nüvə razılaşmasının əldə olunacağına söz verə bilmirəm”
03.03.2015 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ dövlət katibi Con Kerri martın 2-də “ABS” telekanalına müsahibəsində İranla apardıqları nüvə müzakirələrindən və danışıqlar nəticə verməyəcəyi təqdirdə masa üzərində olan mümkün hərbi müdaxilədən danışıb.
Con Kerri deyib ki, o, danışıqların nəticə verəcəyinə, tərəflər arasında yaxşı bir razılaşmanın əldə olunacağına hələ də ümidvardır: “Yaxşısı budur ki, İranın nüvə silahına yiyələnməsinin qarşısı diplomatik yollarla alınsın. Belə olarsa, məsələnin hərbi yolla həllinə ehtiyac qalmayacaq. Əlbəttə, mən Tehranla nüvə razılaşmasının əldə olunacağına söz verə bilmirəm. Lakin hesab edirəm ki, biz problemin danışıqlar yolu ilə çözülməsinə üstünlük verməli və yalnız bütün diplomatik fürsətlər nəticə vermədiyi təqdirdə, digər variantlara, o sıradan da hərbi varianta üz tutmalıyıq”.

5+1 qrupunun (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranla apardığı növbəti nüvə danışıqları martın 5-də İsveçrədə keçiriləcək. Uzun illərdir aparılan müzakirələrdə bu günə qədər konkret hər hansı bir nəticə əldə edilməyib.
Bu xəbər oxucular tərəfindən 1144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed