Şrift:
Azay Quliyev İsrailin ölkəmizdəki səfiri Rafael Harpazla görüşüb
03.03.2015 [10:43] - Gündəm, Diaspor
Ötən gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və onun müavini Ronen Krauszla görüşüb.
Səfir Harpaz dövlətlərimiz arasında dinamik inkişaf edən münasibətlərin səviyyəsindən razılığını bildirib və Xocalı soyqırımı ilə bağlı bu günlərdə İsraildə keçirilən tədbirdə Xarici İşlər Naziri Aviqdor Libermanın iştirakının buna sübut olduğunu deyib. Səfir Azərbaycan Respublikasının dünyəviliyin sözün həqiqi mənasında mövcud olduğu islam ölkəsi kimi unikallığı ilə seçildiyini bildirib və ölkəmizin multikultralizm təcrübəsinin bütün dünyada tətbiq olunmasının vacibliyini diqqətə çatdırıb.
Şura sədri Azay Quliyev yəhudi icmasının tarix boyu Azərbaycanda bərabərhüquqluluq şəraitində yaşadığını və ölkə həyatının bütün sahələrində fəal iştirak etdiyini deyib. Şuranın bütün QHT-lərlə, o cümlədən yəhudi icmasının yerli və beynəlxalq təşkilatları ilə möhkəm əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycan və İsrail QHT-lərinin əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 1077 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed