Şrift:
Yeni tapılmış sənədlər M.Ə.Rəsulzadəni düz 1 ay cavanlaşdırır
03.03.2015 [12:04] - Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları
Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
sualının cavabı belədir:


" Qaranı qara ,ağı ağ kimi görə biliriksə, Məhəmməd Əmin Axund Molla Ağa oğlu Rəsulzadə 1884-cü il fevralın 29-da anadan olmuşdur".

Kim inanmırsa, bu daş,bu da tərəzi...

Yeni tapılmış sənədlər
M.Ə.Rəsulzadəni düz 1 ay cavanlaşdırır


Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindəki 290 nömrəli Fondda Zaqafqaziya Şiə Ruhani İdarəsinə aid materiallar saxlanılır. Bu fond uzun illər boyu bir növ kölgədə qalmış , ondan nadir hallarda istifadə olunmuşdur. Artıq neçə illərdir ki, 290 nömrəli fondun materialları tədqiqatçılar tərəfindən böyük maraq və həvəslə öyrənilir. Təəssüf ki, tariximizin XIX və XX əsrlərinə aid ictimai-siyasi, bədii -fəlsəfi həyatının müəyyən mərhələlərini öyrənmək baxımından buradakı minlərlə arxiv materialları hələ də öz diqqətli, faktlarla işləməyi bacaran, dərin analitik təfəkkür tərzli tədqiqatçılarını gözləiyr.
Arxivdə maarifçılık və dil materiallarına aid sənədlər üzırində işləyərkən , görkəmli maarifçı din xadimlərinin həyat və yaradıcılığını oyrənərkən Rəsulzadə soyadına rast gəldim. Bu ad mənə tanışdır. Babamın da,oğlumun da adı Rəsuldur.
Oxucuları intizardan qyrtarmaq üçün deyim ki, söhbət Azərbaycan Milli Şurasının sədri Məmməd Emin Rəsulzadənin (1884-1955) atasından gedir.

Materiallarla tanışlıq üçün arxivə sifarış verdim: 290 nömrəli fond,saxlama vahidi -2266.
Cəmisi 10 səhifədir. Lakin bu səhifələrdə yatan tariximiz -tariximiz üçün əvəzciz mənbədir. Sənədlər toplusunun tərcüməsi belədir:


Bakı Quberniya Şiə Məclisinin üzvü AXUND MOLLA HACI AĞA

( o həm də AXUND HACI MOLLA ƏLƏKBƏRDİR)

RƏSULZADƏNİN


FORMULYAR SİYAHISI

**17 mart 1901-ci ildə tərtib olunmuşdur.**

******

ФОРМУЛЯРНЫЙ СПИСОК

ЧЛЕНА БАКИНСКОГО ГУБЕРНСКОГО ШИИТСКОГО МЕДЖЛИСА

АХУНДА ГАДЖИ МОЛЛА АГА
(он же АХУНД ГАДЖИ МОЛЛА АЛИ АКБЕР) РАСУЛZАДЕ

** Составлен 17 марта 1901 года.**

******
Yeni tapılmış sənədlər M.Ə.Rəsulzadəni düz 1 ay cavanlaşdırır

Yeni tapılmış sənədlər M.Ə.Rəsulzadəni düz 1 ay cavanlaşdırır

Yeni tapılmış sənədlər M.Ə.Rəsulzadəni düz 1 ay cavanlaşdırır

Yeni tapılmış sənədlər M.Ə.Rəsulzadəni düz 1 ay cavanlaşdırır

Formulyar siyahıdan məlum olur ki, Molla Ağa (Axund Hacı Molla Əli Əkbər Rəsulzadə Bakı Quberniya Şiə Məclisinin üzvüdür, 54 yaşı var, şiə təriqətinə mənsubdur. Fərqlənmə nişanı yoxdur. İldə 300 rubl maaş alır. (365 gündə... Məhəmməd anadan olan il -366 gün idi, uzun fevrallı il idi, il 4 rəqəminə qalıqsız bölünürdü).
Formulyar siyahıda Axund Molla Ağanın ruhani zümrəsindən olması və ailənin ata-baba mülkü haqqında da məllumat var:Bakının Spasski küçəsində 155 nömrəli evdə qardaşları ilə şərikli mülkü -evi və həyəti var.Axundun Bakıda Xoca Həsən küçəsində (N 29) ayrıca evi və həyəti də var.
Bakıda ev tərbiyə və təhsili alıb (xüsusi məktəb bitirməyib-N.N.).
Bakı qubernatorunun 7 may 1888-ci il tarixli 7088 nömrəli əmri ilə Hacı Pirverdi məscidinə prixod mollası təyin olunub.Elə həmin qubernatorun 02 noyabr 1892-ci il tarixli 1692 nömrəli əmri ilə Bakı Quberniya Şiə Məclisinin üzvü təyin olunub.
Formulyar siyahıda Axund Hacı Molla Ağanın ( Axund Hacı Molla Əli Əkbərin ailə vəziyyətindən də danışlır:arvadı Bakı sakini ZİNƏT XAHIM MƏŞƏDİ ZAL qızıdır.


Oğlu MƏHƏMMƏD ƏMİN 29 fevral 1884 -cü ildə, Qızı Şəhrəbanu isə 9 sentyabr 1888-cı ildə anadan olub.


Maraqlıdır ki, M.Ə.Rəsulzadənin təvəllüdü bütün mənbələrdə 31 yanvar 1884-cü il göstərilir.

Bu yanlışlıq M.Ə.Rəsulzadə haqqında tərtib olunmuş və dünyaya səpələnmiş ensiklopediyada da öz əksini tapıb.

Aşkarladığımız yeni sənədlər, yəni Məmməd Əmin Rəsulzadənin 29 fevral 1884-cü ildə anadan olduduğu faktı Azərbaycan Demokratik Respublikası Milli Şurasının sədrini düz bir ay cavanlaşdırır.Bunu yazıya əlavə etdiyimiz arxiv sənədlərində də görə bilərsiniz. Ola bisin ki,M.Ə.Rəsulzadənin 31 yanvar 1884-cü ildə anadan olduğunu göstərən sənəd də var. Əgər belə bir fakt da varsa, gəlin sənədləri müqayisə edək, dərin elmi araşdırmalar aparaq. Unutmayaq ki, bir yazımızın səhvi məhəbbətlə yazdıqlarımızın bəzilərinə də inamımızı azala bilər.
Məhəmməd Əmin Rəsulzadənin baş daşında onu düz bir ay cavanlaşdıran


Məhəmməd Əmin Rəsulzadə

(29 fevral 1884-cü il, Bakı, Novxanı kəndi -
6 mart 1955-ci il, Ankara)

sözlərinin yazılmasını mötəbər mənbəyə əsaslanan
faktın təntənəsi hesab edirəm.
İsrarla dediklərimdə səhv tapsanız(əgər belə səhv varsa), səhvi təkzib etməyə nə var ki...


...M.Ə.Rəsulzadənin atası müəllimlərin müəllimi olub.Bunu deməyə əsasımız var: 12 fevral 1908-ci ildə Şamaxı şəhər sakini, bizim dədə-baba məhəlləmiz Şıxzərlinin aşağısındakı Sarıtorpaq məhəlləsinin 46 yaşının tamamına hələ bir neçə ay qalmış çoxuşaqlı sakini MİRZƏ ƏLƏKBƏR MƏŞƏDİ ZEYNAL OĞLU
yaxşı yaşamaq üçün müəllimlik fikrinə düşür. O, müəllimlik attestatı (diplomu yox-N.N.) almaq niyyətilə Bakı Quberniyası Şiə Məclisi Ruhani İdarəsində imtahan verir. Ədəbiyyat tariximizdə və eləcə də ictimai fikir tariximizdə dədə-baba adı ilə yox, Sabir kimi tanınan Mirzə Ələkbər Məşədi Zeynal oğlunu imtahan edən 3 nəfərdən biri M.Ə.Rəsulzadənin atası Axund Hacı Molla Ağa idi. Onun Axund Hacı Molla Ələkbər adını da yadda saxlayın.




Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi.

28.02.2015.
Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed