Şrift:
Belarusun hərbi sənaye kompleksinə daxil olan şirkət Azərbaycanda birgə müəssisə yaradıb
07.01.2012 [14:26] - Hərb
Belarusun hərbi sənaye kompleksinə daxil olan «Tetraedr» şirkəti Azərbaycanda birgə müəssisə yaradıb.

APA-nın məlumatına görə, 2011-ci il dekabrın 28-də dövlət qeydiyyatına alınmış şirkət «Tetraedr Techservice» adlanır.

Sumqayıt şəhərində yerləşən müəssisənin təsisçiləri qismində Azərbaycan tərəfdən «Azairtechservice LTD» şirkəti çıxış edir.

Qeyd edək ki, indiyədək «Tetraedr» şirkəti Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının inventarındakı 2 batereya (8 döyüş maşını) S-125 («Peçora») «yer-hava» tipli raket komplekslərini modernləşdirib. Modernləşmədən sonra aparılan sınaqlar yüksək nəticələr verib.

Şirkətin rəhbəri Andrey Voxovski ötən ilin fevral ayında APA-ya müsahibəsində bildirmişdi ki, modernləşmə nəticəsində «Peçora»ların istismar ömrü daha 15 il uzadılıb.

Azərbaycan həmçinin «Tetraedr» şirkətinin istehsalı olan T-38 «Stilet» kompleksinə marağını ifadə edib.
Bu xəbər oxucular tərəfindən 1506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed