Şrift:
Təbriz şəhər şurasının rəhbəri: -Bəziləri Təbrizi ayaqaltına atıb əzmək istəyirlər”
04.03.2015 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz şəhər islami şurasının rəhbəri, Rəsul Dərsxan martın 2-də jurnalistlərə açıqlamasında bu şəhərin inkişafının qarşısını alan maneələrdən danışıb.
Rəsul Dərsxan deyib ki, bu gün Şərqi Azərbaycan əyalətinin mərkəzi sayılan Təbriz şəhəri Tehran, İsfahan və Məşhəd şəhərləri ilə müqayisədə xeyli geri saxladılıb: “Bu gün Təbrizdəki mədəni atmosferin bağlı olması, bu şəhərin bir sıra digər şəhərlərdən geri qalmasının əsas səbəblərindən biridir. Halbuki 100 il qabaq, Məşrutə hərəkatı zamanı Təbrizin mədəni atmosferi indikindən qat-qat açıq və şəffaf idi”.

Şəms Təbrizinin ağırlanması mövzusuna toxunan Rəsul Dərsxan, mərkəzdə, yəni ölkə paytaxtında oturan bəzilərinin məsələyə yanaşma tərzini tənqid edib: “Bu gün bəzi şəxslər Təbrizi ayaq altına atıb əzməyə çalışır, kiçik şəhərləri bu tarixi şəhərlə üz-üzə qoymağa can atırlar. Halbuki Təbriz şəhərinin tarixi Məşrutə inqilabından yox, Şəms Təbrizilər və Dədə Qorqudlardan başlayır. Bu şəhərin tarixini 100 ildə xülasə etmək olmaz və bu düzgün deyil. Mən Təbrizin inkişafının qarşısını almağa çalışanlardan gileylənir, onların bu hərəkətindən təəssüflənirəm”.
Bu xəbər oxucular tərəfindən 678 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed