Şrift:
İranda siyasi fəallar məhbusların təkadamlıq kameralarda saxlanılmasına etiraz bildirib
04.03.2015 [12:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda tanınmış bir sıra siyasi-mədəni fəal martın 2-də ölkə prezidenti Həsən Ruhaniyə birgə məktub yazaraq zindanlarda məhbusların təkadamlıq kameralarda saxlanılmasına etiraz bildirib.
Məktubu imzalayanlar arasında, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncaninin qızı, Faizə Haşimi, keçmiş xarici işlər naziri İbrahim Yəzdi, azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi, Əhməd Müntəziri, Məhəmməd Təvəssüli, Məcid Dorri və məhbus jurnalist İsa Səhərxiz də var.

Məktubda deyilir ki, məhbusların təkadamlıq kameralarda saxlanılması qanuna, hakim şəriət qaydalarına və əxlaq prinsiplərinə zidd addımdır: “Biz sizdən, bu açıq-aşkar qanun pozuntusuna və qeyri-insani işə son qoyulması üçün təcili addımlar atmağınızı xahiş edirik. Heç bir qanunda müttəhimlərin təkadamlıq kameralarda saxlanılmasına təkid edilməyib.

Zindanlarda saxlanılan müttəhimlərin bir çoxu, qanunsuz təkadamlıq kameralarda saxlanılmaqla yanaşı, həm də radio, televiziya, kitab, qəzet, kağız, qələm və hətta təmiz havada nəfəs almaqdan da məhrum edilib, onların ailələri ilə hər hansı əlaqə saxlaması məhdudlaşdırılıb.

Təkadamlıq kameralarda saxlanılan müttəhimlər, daima ruhi təzyiqlərə məruz qoyulur, bir müddət sonra müxtəlif fiziki və psixi xəstəliklərə düça olunur, bəziləri isə işgəncə altında televiziya efirinə çıxarılaraq yalançı etiraflara məcbur edilirlər”.
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed