04.03.2015 [22:28] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən təşkil olunacaq sərgilərə hazırlıq işləri ilə bağlı işçi qrupunun növbəti iclası keçirildi. İclasda Akademiyanın daimi fəaliyyət göstərən "Elmi Nailiyyətlər Sərgisi”, Bakı Ekspo Mərkəzində "XXII Beynəlxalq Xəzər neft və qaz sərgisi" (Caspian Oil & Gas) və AMEA-nın 70 illik yubileyinə həsr olunmuş sərgi haqqında ümumi məlumat verildi.
Sərgidə iştirak edəcək institut və təşkilatların hansı məhsullar nümayiş etdirməsi, üzərinə düşəcək vəzifələrin bölüşdürülməsi və ümumi hazırlıq vəziyyəti müzakirə edildi.
Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva qrup üzvlərini "XXII Beynəlxalq Xəzər neft və qaz sərgisi" üzrə Bakı Ekspo Mərkəzində Akademiyanın müəssisələri üçün eksponatların elverişli düzülüşü və ictimaiyyətə təqdim olunması nəzərə alınmaqla ayrılmış məkanın sxemi ilə tanış etdi.
Görüşdə AMEA-nın elmi müəssisələrində son illər əldə olunmuş fundamental və tətbiqi elmi tədqiqat işləri, eləcə də institutlar tərəfindən neft sərgisində təqdim olunacaq neft sənayesinə aid videoçarxlar, buklet, hər üç dildə broşür, yeni, daha qabaqcıl və müasir tələblərə cavab verən ixtira, avadanlıq və qurğuların sərgidə nümayişinin alimlərimizin elmi nailiyyətlərini geniş ictimaiyyətə çatdırmağa xidmət etdiyi vurğulandı.
Neft və qaz sərgisinin beynəlxalq əhəmiyyətindən danışan N.Quliyeva sərgi çərçivəsində düzənlənən konfransda neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində tədqiqat aparan alimlərin çıxışının da nəzərdə tutulduğunu bildirdi.
Hörmətlə,
Gülnar Şamilova
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması İdarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi

Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |