Şrift:
Azərbaycanlı fəal Rəsul Rəzəvi azadlığa buraxılıb
06.03.2015 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Rəsul Rəzəvi məhkumluq müddətini bitirdikdən sonra Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.
Yanavarın 14-də təhlükəsizlik qüvvələri tərəfindən öz evində yaxalanıb və Təbrizin mərkəzi zindanına aparılan fəal martın 3-də sərbəst buraxılıb.

Təbrizli fəal bu şəhərin inqilab məhkəməsinin 3-cü şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il azadlıqdan məhum edilmişdir. O 2014-cü il aprelin 15-də Hüseyn Əliməhəmmədi və Taha Kirmani ilə birlikdə təxminən 5 ay saxlandıqdan sonra 200 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb. Rəsul Rəzəvinin saxlandığı müddətdə ağır işgəncələrə məruz qaldığı ilə bağlı xəbərlər də yayılıb. O bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə təzyiqlərə məruz qalıb və saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed