Şrift:
MDHP bitərəf namizədləri də dəstəkləyəcək - Fərəc Quliyev
06.03.2015 [11:41] - Siyasi partiyalar, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) bu il keçiriləcək parlament seçkilərində Milli Məclisdəki deputat mandatının sayını artırmağı qarşıya məqsəd qoyub.

Bu barədə məlumat verən partiyanın sədri, deputat Fərəc Quliyev deyib ki, bu məqsədlə partiya seçki hazırlıqlarına başlayıb: “Bizim partiyada seçki hazırlıqları bir seçki başa çatdıqdan sonra dərhal başlayır. Əslində bütün partiyalar məsələyə belə baxmalıdır. Hər bir partiya hakimiyyətə seçki yolu ilə gəlməyi düşünməlidir”.

Fərəc Quliyevin sözlərinə görə, elə seçki dairələri olacaq ki, orada MDHP bitərəf adamları, ictimaiyyətdə tanınmış insanlara dəstək verəcək: “Ümumiyyətlə isə, seçkiyə hazırlıq dövrü üçün artıq indidən nümayəndələrimizin müəyyənləşdirilməsi mərhələsini həyata keçiririk. Hesab edirəm ki, bu dəfəki uğurumuz daha ciddi olacaq.Çünki seçkiyə normal hazırlaşıb parlamentdəki nümayəndələrimizin sayını artırmaq imkanına malikik”.
Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed