Şrift:
Türk general -Türk təyyarələrini ABŞ qəzaya uğradır
06.03.2015 [12:03] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Türkiyənin Konya vilayətində bu gün qəzaya uğrayan F4 təyyarəsi haqda maraqlı fikirlər səsləndirilirb.

“DAVAM” Media Qrupu türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin təyyarələrin ABŞ silahlı qüvvələri tərəfindən qəsdən qəzaya uğradıldığı fikri gündəmə gəlib.

Türk mətbuatında yer alan xəbərlərdə son 35 ildə 12 F4 tipli təyyarənin qəzaya uğradığı və 12 pilotun həlak olduğu bildirilir.

F4-lərlə bağlı iddialar hələ 2012-ci ildə həmin təyyarələrdən birinin Suriyada vurulması ilə gündəmə gəlmişdi.
Türkiyənin "A Haber" qəzetinə açıqlama verən Türk Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti general Adnan Tanrıverdi təyyarələrin ABŞ tərəfindən qəzaya uğradıldığını istisna etməyib.

"F4 Fantom təyyarələri ABŞ-ın 1958-ci ildən istehsal etdiyi döyüş təyyarələridir. Bundan öncə də Malatyada iki eyni tipli təyyarə toqquşaraq qəzaya uğramışdı. Son zamanlar Türkiyənin xarici siyasəti ABŞ-ın istəkləri çərçivəsində deyil. Bu qəzalar haqda geniş araşdırma başlatmaq lazımdır. Düşünürəm ki, görəsən səmada olan təyyarələri ABŞ idarə etmək gücünə malikdirmi? Belə qəzalarla Türkiyəyə bir göz dağı da vermək istəyə bilərlər. Mən onların səmada olan təyyarəyə müdaxilə etmə imkanına sahib olduqlarını düşünürəm."
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed