07.01.2012 [17:21] - Müsahibə, Güney Azərbaycan-Təbriz
Niyaz Yaqublu: "İrana hərbi müdaxilə eyni zamanda regiondakı proseslər, o cümlədən Suriyadakı rejimin taleyi ilə də sıx bağlıdır."
Siyasi təhlilçi Niyaz Yaqublunun davam.az-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik.
-İrana qarşı gerb tərəfindən başlayan siyasi və iqtisadi təzyiqlərin nəticəsi necə ola bilər?
-İrana qarşı Qərb ölkələrinin getdikcə artan təzyiqi İranın aqressiv davranışını cilovlamağa yönəlib. Bu davranışın arxasında İranın siyasi iddialarını gerçəkləşdirmək üçün iqtisadi resurslarından yararlanma xətti durur. Bu baxımdan tətbiq olunan sanksiyaların mahiyyətinin başlıca olaraq iqtisadi mahiyyətdə olması onun manevr imkanlarını qısıtlayacaq. Eyni zamanda İranın hava yolları şirkətlərinə qarşı tətbiq olunan sanksiyalar da onun hərəkət imkanlarını minimuma endirməyə yönəlib. İran rejiminin yüksək texnologiyalara çıxışının qarşısını almaq üçün bu rejimlə əməkdaşlıq edən və ya edə biləcək dövlətlər və şirkətlərin qarşısında da bu əməkdaşlıqdan imtinadan başqa alternativ çıxış yolu qoyulmur. Bütün bunlar İranın daxildə iqtisadi problemlərinin artmasına, əhalinin adi tələbatını yerinə yetirməkdə acizliyinə, nəticədə rejimin repressiv addımlarına adekvat olaraq siyasi-iqtisadi narazılıqların güclənməsinə səbəb ola bilər. Ölkədə bütün növ, o cümlədən milli, siyasi və iqtisadi azadlıqların olmaması, rejim daxilində parçalanmanın mövcudluğu “vilayəti-fəqih” əbasına bürünmüş fars millətçiliyinin ifadəçisi olan bu hakimiyyətin adekvat və rasional qərarlar qəbul etmə şansını sıfıra endirəcək. Bu hal İranın özəlliklə qonşuları ilə münasibətlərdə, özünün müharirədən çıxışı üçün daha təcavüzkar davranmasına da səbəb olacaqdır.
-İqtisadi embarqolardan nəticə olmazsa hərbi mudaxilə gözlənirmi?
-İrana qarşı hərbi müdaxiləyə dair müxtəlif yanaşmalar ortaya qoyulur. Burada İranın hərbi potensialının da, təbii ki, dəyərləndirilməsi aparılır. İrana qarşı hərbi müdaxilənin mahiyyətinin genişmiqyaslı əməliyyat, yaxud ayrı-ayrı obyektlərə nöqtəvi zərbələrin endirilməsi ətrafında müzakirələri gedir. Bununla yanaşı, bu əməliyyatların gerçəkləşməsi İranın nüvə silahını əldə etməyə yaxınlaşmasına dair məlumatların yayılma tezliyi ilə də üst-üstə düşə bilər. Bu hərbi müdaxilə eyni zamanda regiondakı proseslər, o cümlədən Suriyadakı rejimin taleyi ilə də sıx bağlıdır. Bu baxımdan hərbi müdaxilənin gerçəkləşdirilməsi mürəkkəb regional və qlobal faktorların təsiri ilə müəyyən olunacaq, dəqiq proqnozlaşdırılması çətin olan bir problemdir. Ancaq rejimin daxili resurslarının tükənəcəyi, o cümlədən bu ölkə daxilində ciddi siyasi iddiaları olan qüvvələrin real dəyişikliklər yaratması üçün əlverişli situasiya yetişdiyi halda hərbi müdaxilə variantı arxa plana keçə bilər.
-İrana hərbi müdaxilə bölgə dövlətlərinə hansı ziyanları və ya xeyrləri ola bilər?
-İstənilən müharibə vəziyyəti həm ölkə, həm də region üçün ağır nəticələrə gətirib çıxarır. Bu baxımdan bu, ehtimalı irəli sürülən hərbi müdaxilənin həm humanitar, həm də insani ölçüləri ağır ola bilər. Bu, bir yandan Quzey Azərbaycanda humanitar sahədə əlavə problemlərin ortaya çıxması ilə nəticələnəcəksə, İranı özünün strateji müttəfiqi hesab etməsi baxımından Ermənistanın Qərbdən özünün yaranacaq situasiyada daha çox zərər çəkən “qurban” olması adı altında əlavə imtiyazlar əldə etməsinə çalışmasına da yol açacaq. Bu ehtimal edilən hərbi hücum olduğu təqdirdə İraq istiqamətində İrana bağlı siyasi-hərbi birləşmələr özünün qida qaynağından məhrum olmaqla yanaşı, İraqın daxilində gərginilyi artırmaq yönündə fəaliyyətlərini də intensivləşdirə bilər. Əfqanıstan daxilində İranın iqtisadi yatırımının həcminin yarım milyarddan çox olması onun buradakı nüfuz çevrələrini işə sala bilməsini də şərtləndirən amillərdəndir. Azərbaycanda eyni zamanda İrana bağlı “beşinci sütun”un da Tehran rejiminə qarşı belə hücum reallaşacağı halda müəyyən fəallaşma göstərməyə səy edəcəyi aydın görünür. Bununla belə, bu rejimin dəyişilməsi yalnız İrandakı hakimiyyət formasının tamamilə yenidən qurulduğu, ölkənin siyasi xəritəsinin yenidən formatlaşdırıldığı halda ağrısız və başqaları üçün təhlükəsiz nəticələr verə bilər.
-İran rejimi hərbi müdaxilə ilə devrilsə İranda olan qeyri-fars millətlərin özəlliklə Güney Azərbaycan Türklərinin taleyində hansı dəyişiklik baş verə bilər?
-İrandakı rejimin devrilməsinin variantlarından asılı olmayaraq, qeyri-fars millətlərinin, o cümlədən, Azərbaycan Türklərinin bu coğrafiyada uğurunun ilkin şərti özlərinin siyasi gündəmi, aydın və razılaşdırılmış istəkləri və birgə qüvvə ilə çıxış etməsidir. Bu şərtlər olmadığı durumda Azərbaycan Türklüyü özünün haqqını gerçəkləşdirməkdən daha çox, başqalarının cızdığı ssenarilərin iştirakçısı olmaqdan uzağa getməyəcək. Görünənlərə görə, İranda Azərbaycan Türklərinin siyasi güc olaraq İran ətrafında gedən proseslərdən kənarda tutulmasına, eləcə də bu gücü görməməyə çalışılmaqla yanaşı, Güney Azərbaycanın haqları, bir çox hallarda ikinci dərəcəli bir məsələ kimi ümumiran siyasi səhnəsinin bir elementi olaraq nəzərdən keçirilir. Bu cür yanaşmanın yanlışlığını isbat etmənin yolu Azərbaycan Türklərinin bütün qurumlar və axımlardan olan güclərinin bir ideya, bir təşkilat altında birləşdirməsindədir, başqa halda bizim uğurumuz ciddi olmayacaq. Keçmişlərin acı təcrübəsi, eləcə də Güney Azərbaycan milli hərəkatının siyasi gündəminin Türk-Azərbaycan kimliyinə köklənməsi və hər hansı bir başqa qondarma üst kimliyi (iran kimliyi) qəbul etməməsi gözlənən dəyişikliklər ərəfəsində bizim bu coğrafiyada başlıca güc olduğumuzu ortaya qoymağa imkanlar yaradır. Millətimizin taleyindəki bu köklü dəyişikliyin öz əlimizlə həll edilməsi üçün güc olmaq qaçınılmazdır.
-Güney Azərbaycan Milli azadlıq hərəkatının bu günkü durumu sizi qane edirmi?
-Güney Azərbaycan milli azadlıq hərəkatındakı bugünkü durum, qeyd etdiyim kimi, bu Hərəkatın keyfiyyət və məzmun baxımından özündən əvvəlki tarixi qatlardan sırf Türk kimliyinin siyasi iddialarını gerçəkləşdirmək xəttinə sadiq olması ilə seçilir. Bununla yanaşı, təşkilatlar arasında əlaqələndirmənin azlığı, bəzi hallarda şəxsi incikliklərin şişirdilməsi bu hərəkatın vahid güc kimi çıxış etməsinə əngəl yaradan başılca haldır. Eyni zamanda İran rejiminin Güney Azərbaycan milli azadlıq hərəkatı içərisində pozuculuq aparmaq cəhdlərini də unutmaq olmaz. Bu baxımdan bu hərəkata bağlı qurumların vahid platformaya gəlmələri, siyasi mübarizənin bütün ciddiyyətini və millətin taleyindəki sorumluluğunu göz önündə tutaraq bir qurum altında birlşmələri uğuru təmin edəcək.

Müsahibəni götürdü
MDHP Güney Azərbaycan Departamentinin sədri
Əlirza Amanbəyli

Bu xəbər oxucular tərəfindən 1713 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |