06.03.2015 [21:34] - Xəbərlər, Dərbənd
55 yaşlı deputat qətlə yetirilib
"DAVAM" Media Qrupu xəbər verir ki, 2 gün öncə mart ayının 4-ü axşam saatlarında deputat, eyni zamanda Dərbənd rayon poliklinikasının baş həkimi olan Nasur Osmanov evinin yaxınlığında qətlə yetirilib. Təhqiqat zamanı bir neçə versiya, o cümlədən də qətlin onun onun deputatlıq fəaliyyəti ilə əlaqəli olub olmadığı nəzərdən keçiriləcək.
Qətl hadisəsi təxminən 21.30 radələrində baş verib. Hüquq mühafizə orqanlarından verilən məlumata görə 55 yaşlı Nasur Osmanov maşının saxladıqdan sonra evinin darvazasına yaxınlaşıb və selektor rabitəsi ilə əlaqə saxlayıb. Həmin an naməlum şəxs tərəfindən ona bir neçə dəfə atəş açılıb. Qətli törədən şəxs (bir nəfər olması ehtimal olunur) qaçmağa müvəffəq olub. Yaralı üçün təcili yardım çağırılsa da o xəstəxanaya gedən yolda keçinib.
Rusiya Federasiyasının CM-nin 1-ci hissəsinin 105 və 222-ci maddələri üzrə cinayət işi açılıb. Rusiya təhqiqat Komitəsinin Respublika idarəçiliyi üzrə nümayəndəsinin sözlərinə görə hadisənin baş vermə səbəbi ilə bağlı bir neçə versiya yoxlanılır. Xüsusilə də baş həkim kimi peşəkar fəaliyyəti və deputat kimi rayon yığıncağındakı işi diqqətdə saxlanılır.

Bu xəbər oxucular tərəfindən 1658 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |