07.03.2015 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sayt Şəhriyar Mədəniyyət Ocağını xarici qüvvələrlə əlaqədə olmaqda da günahlandırır
Davam.az GünAz TV-yə istinadən xəbər verir ki, İslam İnqılabı Keşikçilər Korpusuna (SEPAH) bağlı sayt, bir daha Güney Azərbaycan televiziyasını (GünAz TV) hədəfə alıb.
“Azəriha” saytı Mühəqqiq Ərdəbili universitetində Azərbaycan mövzusunda keçirilən kitab sərgisi barəsində yaydığı xəbərdə, öz qəzəb və nifrətini bu sərgini keçirən Şəhriyar Mədəniyyət Ocağı və Güney Azərbaycan televiziyasına növbəti növbəti dəfə dilə gətirib.
Şəhriyar Mədəniyyət Ocağını qövmçü və bölücü kimi qələmə verən sayt, sözü gedən sərginin xəbəri GünAz TV-də getdiyinə görə öz nigaranlığını bildirib. Yazıda GünAz TV və bir sıra Güney Azərbaycan saytlarının Şəhriyar Mədəniyyət Ocağının işlərini dəstəklədi bildirilir və qeyd olunur ki, bu ocağın fəaliyyəti milli birliyə və İran kimliyinə qarşı bir təhdiddir.
“Azəriha” saytı Şəhriyar Mədəniyyət Ocağını xarici qüvvələrlə əlaqədə olmaqda da günahlandırır.
Xatırladaq ki, “Azəriha” saytının Azərbaycan Milli Hərəkatı və GünAz TV-yə qarşı hücumnları oxucularımız üçün tanış bir mövzudur. Bu sayt Azərbaycanın milli və demokratik hüquqları uğrunda mübarizə aparan bütün milli-mədəni fəallar və qurumlara qarşı böhtan və qarayaxmaları ilə seçilən bir saytdır. İllərdir adı terror aktlarında çəkilən SEPAH-a bağlı olduğunu nəzərə aldıqca, “Azəriha” saytının mahiyyəti daha da yaxşı bəlli olur.

Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |