Şrift:
Şərqi Azərbaycanda narkomaniyanın yaşı azalır!
07.03.2015 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycanın Narkotik Maddələri ilə Mübarizə Mərkəzinin rəisi narkomaniyanın yayılması və onun yaşının azalması ilə bağlı məyusedici məlumat verib.
Məhəmmədəli Nüsrəti Həştrudda ictimai problemlərin azaldılması konfransında deyib:

“Düşmən bizə mədəni hücum edir və aramızda narkomaniyanı yayır. Narkomaniya olduqca dağıdıcı bir məsələdir. Boşanmaların 55, həbslərin 25, uşaqlardan su-istifadə hallarının 30 və oğurluqların 70 faizi narkomaniyadan irəli gəlir. Narkomaniyanın yaşı getdikcə azalır və narkoman qadınların sayı da artır. Bu isə bizə yaraşan deyil.”

M.Nüsrəti dolayısı ilə Azərbaycan türklərinin apardığı milli mübarizədən narahat olduğunu da göstərib. O bildirib ki, “İran düşmənlri narkomaniya ilə yanaşı qövmlər arasında savaşı da planlaşdırır. Onlar istəyir ki, bu yolla əhali arasında nifaq salıb və İranda öz istədiklərinə çatsınlar.”

Qeyd edək ki, İran rəhbərliyi və onlar tərəfindən təyin edilmiş yerli məsullar hər zaman ölkədə yaşayan millətlərin mədəni mübarizəsini xaric ölkələrə bağlamaqla bu mücadiləni etibarsız etməyə çalışırlar. Lakin İranda yaşayan millətlər artıq ana dillərinin kimin tərəfindən qadağan edilməsi və milli hüquqlarının hansı qüvvələr tərəfindən inkar edilməsinin fərqindədir.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed