07.03.2015 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərində su problemi yaşanır.
Qərbi Azərbaycanın Kəndlər üzrə Su və Kanalizasiya Şirkətinin rəisi bildirib ki, “Qərbi Azərbaycan Vilayətində 2839 kənddə yaşayış var. Onlardan 507-i içməli su təchizatı sistemindən məhrumdur. Bu kəndlərdən 116-da 20-dən çox, 391-də isə 20-dən az ailə yaşayır.”
Kazim Məhəmmədi Əqdəm vurğulayıb ki, hazırda Qərbi Azərbaycanın su təchizatı sisteminin 35 faizi köhnədir.
Şərqi Azərbaycan valisinin abadlıq isləri üzrə müavini də su problemindən danışıb. MəhəmmədSadiq Purmehdi bəyan edib ki, “su böhranı məsələsi cıdırdır, ona görə də hamı suyun istifadəsində diqqətli olmalı və sudan düzgün istifadə etməyin mədəniyyəti də yaradılmalıdır.”.
Əkinçilik və içməli suyun istifadəsində nizamsızlıqdan şikayətlənən M.Purmehdi vurğulayıb ki, “bir zamanlar bizə pul verirdilər, biz də sədd tikirdik. Ama artıq o zaman bitdi. İndi məsulların işi neftin pulu olmadan idarə etməkdən ibarətdir. Onlar əhaliyə söykənməklə və yeni ideyalarla xidmət etməyi bacarmalıdılar.”
Qeyd edək ki, vali müavinin də işarə etdiyi kimi Azərbaycan bölgələrinə dövlət tərəfindən minimum miqdarda büdcə ayrılır. Son zamanlar İrana qarşı iqtisadi sanksiyaların tətbiqi nəticəsində iqtisadi vəziyyət daha da gərginləşib və bu məsələ qeyri-fars bölgələri xüsusi ilə Azərbaycan şəhər və kəndlərində daha çox özünü göstərir. Yerli məsullar zaman-zaman su çatışmamazlığı problemini gündəmə gətirsələr də, dövlətin diqqətini bu məsələyə cəlb edə bilməyibnlər.

Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |