08.03.2015 [15:10] - Xəbərlər, Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası
-Güney Azərbaycanda bu həftə gündəmi Ana Dili ilə bağlı azərbaycanlıların mübarizəsi tutdu. Azərbaycanlılara Dünya Ana Dili Günü tədbirlərinin keçirilməsinə icazə verməyən İranın molla rejimi müxtəlif etirazlarla qarşılaşır. Rejim də öz növbəsində həmişə olduğu kimi, bu həftə də dirənişə qarşı özünə yaraşanı etdi – həbslər... Bu hadisələrlə bağlı onlarla güneyli milli-mədəni fəallar həbs edilib ki, onlar arasında tanınmış fəal Hüseyn Əli Məhəmmədinin də adı var. Bundan əlavə, milli fəal Behnam Şeyxi məhkəməyə, Səccad Kəraməti isə ETTELAAT-a çağırılıb. Aydın Zakirinin xalçayuma şirkəti qapadılıb. Demək olar ki, bütün fəalların ailələrinə qarşı təziqlər artıb.
Bütün bunların fonunda isə Sənəndəc Azad İslam Universitetinin rektoru Məhəmməd Qurban Kiyani jurnalistlərə açıqlamasında bu təhsil ocağında kürd dili və ədəbiyyatının tədrisinə hazırlıqdan danışıb. Türk dilinin bütün təhsil ocaqlarında qadağan olunduğu İranda kürd dili və ədəbiyyatının tədris olunacağı xəbəri bu dövlətdə nə qədər gözlənilən olsa da, 40 milyondan cox Türkün də buna bənzər bir haqqının olması uğrunda dirənişin yeni bir dalğasının yaranmasına səbəb oldu. Azərbaycan türkcəsinin rəsmiləşməsi tələbi ilə tələbələr imzatoplama kompaniyasına başladılar. Eyni zamanda Təbriz Şəhər Şurasının Riyasət Heyətinin üzvü Rəsul Dərsxan jurnalistlərlə görüşdə Azərbaycan türkcəsinin tədrisi ilə bağlı yeni fikirlər bildirib: “Təbrizin Şəhər Şurası mədəniyyət evləri vasitəsi ilə türk dilində tədrisə başlaya bilər. Üçüncü və dördüncü Şəhər Şurası bir neçə dəfə Aşıq Musiqisi Festivalı keçirtdi, lakin bu yetərli deyil. Azərbaycanın mədəniyyəti ilə bağlı başqa işlər də görülməlidir.”
İranda Türk dilinə qarşı yürüdülən terrora qarşı etirazlar ən müxtəlif formalarda həyata keçirilir. Sadaladıqlarımızdan əlavə həm də Güney Azərbaycanın şəhərlərində binaların üzərinə Ana Dili ilə bağlı şüarlar asılır.
-Türk dilinə qarşı molla rejimində olan xof mollaları hər cür vandalizmə məcbur edir. Daha bir vandal olay bu həftə Şərqi Azərbaycan vilayətində baş verib. Farslar tərəfindən adı dəyişdirilərək "Məlikan" qoyulan Məlikkəndi şəhərində təqribən bir ay öncə vəfat etmiş Hacı Əzizə Rüstəmyan adlı türk xanımının üzərində türkcə yazılar, o cümlədən Quran ayəsinin ana dilimizə tərcüməsi və bir şer parçası olan məzar daşı fars-molla rejimi tərəfindən gecə ikən dəyişdirilmiş, məzarın üzərində farsca yazılı başqa bir abidə qoyulmuş, bu barədə mərhumənin yaxınlarına məlumat belə verilməmişdir. Bu hadisə yerli sakinlərin qəzəbinə səbəb olub.
-Bu arada nəhayət ki, BMT-dən İrandaki milli məslə ilə bağlı molla rejiminin yürütdüyü şovinist siyasətə münasibət gəldi. Lakin hüquqları pozulan türklərin “milli azlıq” (?!) adlandırılması olduqca absurd bir ifadə olub. Belə ki, BMT-nin baş katibi İranda azlıqların vəziyyəti və insan haqları durumu ilə bağlı öz nigaranlığını bildirib. Pan Ki Mun illik hesabatında İranda insan haqlarının kəskin pozulmasından təəssüf hissini dilə gətirib. O prezident Həsən Ruhanini azlıqların hüquqlarına görə də tənqid edib. Hesabatın bir hissəsində deyilir ki, “İranda qadınlar və milli-dini azlıqların hüquqları kəskin pozulur və bu ölkədə edam saylarının artması və yetkinlik yaşına çatmayanların edam edilməsi böyük nigaranlıq doğurur.” Ban Ki Mun əlavə edib ki, “Həsən Ruhaninin azlıqlarla bağlı verdiyi vədlər yerinə yetirilməyib. Bu ölkədə insan haqları fəalları və öz ana dillərində təhsili tələb edən qövmlərin aktivistləri uzun müddətli həbslər və edam cəzaları ilə üzləşir.” Bu arada BMT, dünya şəhərlərinin vəziyyəti ilə bağlı araşdırma aparıb və nəticəni bu təşkilatın elektron dərgisində elan edib. Araşdırmaya görə Güney Azərbaycanın siyasi mərkəzi Təbriz İran coğrafiyasında ən gözəl və gəlişmiş şəhər kimi seçilib. Güney Azərbaycanın digər şəhəri Urmiya isə 7-ci şəhər elan olunub .
-İran hakimiyyəti Güney Azərbaycanın qərbində yerləşən kəndin məktəbində baş verən yanğın hadisəsinin acı nəticələrini hələ də aradan qaldırmayıb.
Yanğın 2012-ci il dekabrın 5-də Qərbi Azərbaycanın Piranşəhr şəhərinin ŞinAbad kəndində qeyri-standard istilik sistemindən dolayı baş verib. Həmin hadisədə 28 qız şagirdi yaralanmışdır. Onlardan 12-i ağır xəsarət alıb, 2-i isə həlak olmuşdur. Həmin yanğın zamanı xəsarət alan qız uşaqları İranın Təhsil Nazirliyi önündə toplaşaraq, nazirliyin onların dərman xərcini təminində əməkdaşlıq etmədiyinə etiraz bildiriblər. Lakin etirazlara baxmayaraq İran rəsmiləri yanğında xəsarət alan şagirdlərin dərman xərcini yenə təmin təmin etməyiblər.
-Fars molla rejimin türklərə qarşı yürütdüyü mənəvi terrorun tərkibində narkomaniyanın yayılması cəhdi xüsusi yer alır. Rejim buna istədiyi şəkildə nail ola bilməsə də, acı nəticələr yarada bilib. Bu səpgidə aldığımız növbəti bədbin xəbər Şərqi Azərbaycan vilayətindən gəldi. Rəsmi məlumatda bildirilir ki, bu vilayətdə narkomaniyanın yaşı azalır!
-Dünya azərbaycanlılarının milli birlik rəmzinə çevrilmiş “Qırmızı Qurdlar” adlnadırılan “Traktor” Futbol Komandası bu həftə daha bir qələbəyə imza atdı. Birləşmiş Ərəb Əmirliklərinin “Əhəhli” komandası ilə keçirilən oyun 1 – 0 hesabı ilə azərbaycanlıların sevimli takımı “Traxtur”un xeyirinə yekunlaşdı.
-Bu həftə həbsdə olan milli-mədəni fəallardan Rəsul Rəzəvi, Fərdin Nobəxt, Mehdi Kuxiyan, Nasir Əbdülhüseynzadə, Əmin Hacilu, Araz Xasse Təraş və İslam Əli Əkbərli azadlığa buraxıldılar.
-Bunlardan əlavə, bu həftə İranda gündəmi tutan mövzular İran diktatoru Əli Xamneyinin ölüm ayağında olmasıyla bağlı yayılan xəbərlər, İŞİD-ə qarşı mübarizədə İranın rolu, Qərb-İran nüvə danışıqları və İzrailin baş naziri Benyamin Netanyahunun ABŞ səfəri zamanı İranla bağı etdiyi açıqlamalar oldu.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
08.03.2015
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
08.03.2015
Bu xəbər oxucular tərəfindən 1787 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |