Şrift:
Kürd terrorizmi yanlıları ağac əkmək bəhanəsi ilə toplaşdılar (Fotolar)
09.03.2015 [11:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın qərb bölgəsində kürdləşdirmə prosesi davam etdiyi bir vaxtda kürd terrorizmi yanlıları müxtəlif bəhanələrlə yığıncaqlar həyata keçirir. Urmu gölünün qurudulması məsələsini kürdləşdirmə prosesinin tərkib hissəsi kimi görən terror yanlıları bu ekoloji faciə ilə bağlı hər zaman səssiz qalıblar. Lakin həmin qüvvələr ağac əkmək günü bəhanəsi ilə bir yerə tolpaşıb və özlərini Ətraf-Mühit fəalı kimi qələmə verməyə çalışıblar.
Kürd terrorizmi yanlıları ağac əkmək bəhanəsi ilə toplaşdılar (Fotolar)

Kürd terrorizmi yanlıları ağac əkmək bəhanəsi ilə toplaşdılar (Fotolar)

Məlumata görə, bir qrup kürd terrorizmi yanlısı Sulduzda Sultan Yəqub dağının ətəklərində toplaşıb. Öncədən planlaşdırılmış yığıncaq martın 6-da baş tutub. Azərbaycanda əzələ göstərmək istəyən terrorizm yanlıları əllərində “Yaşıl Kürdistan Cəmiyyəti” plakatı da daşıyıblar.

Başqa bir məlumata görə, oxşar yığıncaq Güney Azərbaycanın Xana şəhərində baş tutub. Kürd terrorizmi yanlıları cümə günü Xana şəhərinin cəngəli parkında toplaşıb.
Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed