Şrift:
Buzadırmanma üzrə Azərbaycan millisi dünya çempionatında ikinci yeri tutub
10.03.2015 [10:23] - Gündəm, İdman
Rusiyanın Kirov şəhərində 6-8 mart 2015-ci il tarixlərində keçirilmiş sürət üzrə buzadırmanma üzrə dünya çempionatında (UİAA İce Climbing World Cup and World Championships (Speed) Russia 2015) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) idmançılarından ibarət Azərbaycan milli komandası ölkəmizi müvəfəqiyyətlə təmsil edib.

FAIREX-dən verilən məlumata görə, çempionatın nəticələrinə görə, komandalararası yarışda FAIREX-in idmançılarından təşkil olunmuş Azərbaycan milli yığma komandası 2-ci yeri tutub.

Kişilər və qadınlar arasında sürət üzrə keçirilən çempionat üç gün davam edib. Yüksək nəticələr əldə etmək üçün əzm və qətiyyətlə mübarizə aparan Milli yığma komandanın idmançıları qarşılarına qoyduqları məqsədə çatmaq üçün qüvvələrini əsirgəməyiblər.

Yarışlarda ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançılarından Rinat Rəhimxanov, Alim Atluxanov, Qalib Şıxrəhimov, Ramel Rəhimxanov, Leyla Əhmədova və Sima Səfərova təmsil ediblər.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed