10.03.2015 [12:07] - Xəbərlər, Bildiriş
Sosial şəbəkələrdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bir oğlanın sevdiyi xanıma 17 000 manatlıq gül buketini hədiyyə etməsi barədə məlumat dolaşır.
"DAVAM" Media Qrupunun xəbərinə görə Oxu.az saytı araşdırma aparıb və bu gün məlum olub ki, buket Dənizkənarı Bulvar İdarəsi tərəfindən 8 martla bağlı Azərbaycan qadınlarına hədiyyəsi olub. Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, həmin gül buketi 3 000 süni güldən ibarət olub: “Bu, Dənizkənarı Bulvar İdarəsinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına hədiyyəsi olub. Gül buketinin uzunluğu 5 metr, hündürlüyü isə 2.5 m yarım təşkil edib”.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini gülün qiymətinə dair açıqlama da verib: “Yayılan məlumata görə, gül buketinin qiyməti 17 500 manat təşkil edir. Lakin bu, yalandır və şayiədir. Bəlkə də kimsə, hardasa 17 500 manata gül buketi bağlatdırıb, lakin süni güllərdən ibarət olan gül buketinin qiyməti çox ucuzdur. Yayılan məlumat düzgün deyil”.
Nazim Məcidov qeyd edib ki, əhalinin böyük marağına səbəb olan gül buketi hazırda Bulvar ərazisində, Saat Qülləsinin qarşısındadır.

Bu xəbər oxucular tərəfindən 1517 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |