10.03.2015 [12:54] - Xəbərlər, Diaspor
Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları və diasporumuzun təmsilçiləri iştirak ediblər.
"DAVAM"F Media Qrupu azərtaca istinadən xəbər verir ki, Fransada rəsm əsərlərinin sərgisini təşkil edən Stella Beynəlxalq İncəsənət Cəmiyyətinin dəstəyi ilə Parisin məşhur “İsveçrə şəhərciyi”nin Beynəlxalq İncəsənət Qalereyasında azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın fərdi sərgisi açılıb.
Sərginin açılışında Fransa ictimaiyyətinin nümayəndələri, tanınmış incəsənət xadimləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları və diasporumuzun təmsilçiləri iştirak ediblər.
Sərgidə rəssamın yağlı boya ilə ağ kətan üzərində ərsəyə gətirdiyi 14 əsəri nümayiş olunur. Sevimli “Uşaqlıq yuxuları” və “Bütün həyat-teatr” mövzularına sadiq qalan N.Nərimanbəyova fərdi sərgisində də həmin mövzularla bağlı yeni əsərlər təqdim edib. Bu əsərlərdə uşaqlıq arzularının mənalı çalarları müxtəlif rənglərdə öz əksini tapıb. Əsərlərə tamaşa edənlər bir anlıq olsa da unudulmaz, saf və ecazkar uşaqlıq illərinə səyahət edirlər. Məhz bu baxımdan rəssamın əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Nigar Nərimanbəyovanın sərgidə 20 rəsm əsəri nümayiş etdirilir. Sərgi iştirakçılarının əksəriyyəti azərbaycanlı rəssamın fırçasından çıxan “Sınmış qanadlar”, “Uçuş illüziyası”, “Gecə sehri”, “Nostalgiya” və “Arlekina və balerina” tablolarına xüsusi maraq göstəriblər.
Fransanın “İncəsənət qəzeti”nin əməkdaşı Şantal Gionne sərgi ilə bağlı verdiyi müsahibəsində deyib: “Nigar Nərimanbəyovanın rəsm əsərləri çox maraqlı olmaqla yanaşı, böyük rəmzi məna daşıyır. Rəssamın rəng seçimi onun bu sahədə böyük təcrübəsindən xəbər verir”.
Qalereyanın əməkdaşı Jorj Levi isə müsahibəsində bildirib ki, sərgidə nümayiş etdirilən əsərlər bir tarixi - insanların yaddaşlarında əbədi iz salan uşaqlıq yuxularını tam əks etdirir. Tablolardakı rənglərin hər biri müəyyən dövrü xatırladır.
Sərgi martın 16-dək davam edəcək.

Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |