10.03.2015 [14:39] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Qərbi Azərbaycan Türk şairlərindən olan Aqil İmanın yaradıcılığında sosial həyat tərzi ilə yanaşı ictimai hadisələr də bədii təxəyyüldən keçərək təhlil edilir. Şairin həyata münasibəti ədalət tərəzisi ilə çəkilərək təqdim olunur: yaxşıya yaxşı, pisə də pis deyilir. Yaxşı olanı, doğru yolu göstərmək üçün yaradıcı insanda intelekt, fəlsəfi dünyagörüşü, fitri istedad tələb edir. Aqil İmanın şeirlərini oxuyarkən bu keyfiyyətlərin şahidi oluruq. Şairin şeirlərində haqqa çağırış vardır; o, oxucunu və dinləyicini mərdliyə, vətənpərvərliyə, xeyirxahlığa səsləyir. Aqil İmanın məhəbbət lirikasında da özünəməxsus orijinal misralar yer alır və obrazlar bəzən sətiraltı, bəzən də ümumi şəkildə ifadə edilir. İstedadlı Şair Aqil İmanın yaradıcılığına nəzəri yanaşmalarla geniş söhbət açmaqdan çox şeirlərindən təqdim etməyi daha münasib bilirəm. Odur ki, şairin yaratdığı əsil kişi obrazını, şairə gərək olan keyfiyyətləri əks etdirən bir şeirinə nəzər yetirək.
KİŞİ DEMİRLƏR
Qeyrəti olana kişi deyirlər,
Dəyyusa, alçağa kişi demirlər.
Nə desən hər şeyi peysərə verən,
Qırmızı yanağa kişi demirlər.
Ağlamaz bir yasda, oynamaz toyda,
“Yaşadı nə fayda, öldü nə fayda!”
Boynu piy bağlayan öz başı boyda,
Hər sallaq buxağa kişi demirlər.
Dünya dəyişməyib, həməndir, həmən,
Bu həmin çiçəkdir, o həmin çəmən.
Gözümü açandan görmüşəm ki mən,
Təlxəyə, yaltağa kişi demirlər.
Qoy yaxşı eşitsin min qanlar salan!-
İnsan köçəridir, var-dövlət yalan.
Kasıb tikəsini əlindən alan,
“Anası qoçağa” kişi demirlər.
Heç nə unudulmur, hər şey qalası,
Bu gün açılanlar sabah solası.
Elin nəzərindən elin balası
Düşəndə “uzağa” kişi demirlər.
Qəza endirirsə qartalı düzə,
Gərək tab gətirə, bu dərdə dözə.
Hər çaşqın baxışa, eynəkli gözə,
Hər “norka papağa” kişi demirlər.
İman, gəl inlətmə çox sarı simi,
Müttəhim eyləyir zaman hakimi.
Şair gördüyünü olduğu kimi
Yazmasa varağa, kişi demirlər.
Aqil İman yaradıcılığında epik-lirik sevgi şeirlərinin də özünəməxsus fərdi anlayışları vardır. Burada şairin müraciət etdiyi gözəl şeriyyətdə təqdim olunan gözəl obrazlarının heç birinə bənzəmir. Şairin tədim etdiyi “gözəl” obrazı gəraylı və qoşma təcnislərdə bədii cizgilərlə daha seçimli təqdim olunur.
İNCƏSİNƏ
(gəraylı təcnis)
Bu qızdakı görkəmə bax:
Büllur buxaq, incə sinə.
Gün üzünə həsrət çəkir,
Bel yalvarır incəsinə.
Gözəlliyin başa bəla,
İnsafa gəl, rəhm et, bala!
Söz dilində dönüb bala,
Kəlmələnir incəsinə.
İman, olmaz belə göz, əl,
Zər yaraşır belə gözəl.
Harda vardı belə gözəl,
Şax otura, incə sinə.
DƏRD DAŞI YARDI
(qoşma təcnis)
A Məcnun sevdalı, Leyli kamallı,
Dərdi çəkənlərə dərddaşı yardı.
Yar deyib göynəyən qanlı yaranı
Səni sevməyənin dərddaşı yardı.
Dillərin lal olsun, həsrət qal anda,
Bir ömür çürütdüm həsrət qalanda.
Əlin əllərimə həsrət qalanda
Gözüm gözlərinə dərd daşıyardı.
İman üz döndərib, daşdandı-demə,
Göy alıb, yer yeyib, daş dandı- demə,
Ta bir də “ürəyim daşdandı”- demə,
Güc gəlib çəkdiyin dərd daşı yardı.
BİR ANDA MƏNİ
(qoşma təcnis)
Sən məni bir anda tapmışdın o vaxt,
İndi də itirdin bir anda məni.
Yığıb ürəyinə hirsi-hikkəni,
Necə qurban etdin bir anda məni!
Hörmə hasarına yad daşını, qız,
Yeyən dad almayıb yad aşını, qız!
Hərdən təzələyib yaddaşını, qız,
Qayıt o günlərə, bir an da məni!
Həsrətin didəmdən gəlib su ala,
Axdı eynim yaşı, oldu su ala!
İmanam, önündə döndüm suala,
Qoymadım tutmağa bir an daməni.-(ətək)
İstedadlı ziyalı Aqil İmanın yaradıcılığı ilə tanış olan oxucu mübariz, daim haqq-ədalət tərəfdə olan şair dünyası ilə tanış olur: onun bədii təqdimatlarında şərə kəskin təpki, xeyirə dərin sevgi vardır. Mərhum şairimiz ədəbi aləmdə ehtiramlı yer almışdır və el içində o, hər zaman yüksək rəğbətlə yad olunur. Ruhu şad olsun, Allah rəhmət eləsin!
KİŞİ DEMİRLƏR
Qeyrəti olana kişi deyirlər,
Dəyyusa, alçağa kişi demirlər.
Nə desən hər şeyi peysərə verən,
Qırmızı yanağa kişi demirlər.
Ağlamaz bir yasda, oynamaz toyda,
“Yaşadı nə fayda, öldü nə fayda!”
Boynu piy bağlayan öz başı boyda,
Hər sallaq buxağa kişi demirlər.
Dünya dəyişməyib, həməndir, həmən,
Bu həmin çiçəkdir, o həmin çəmən.
Gözümü açandan görmüşəm ki mən,
Təlxəyə, yaltağa kişi demirlər.
Qoy yaxşı eşitsin min qanlar salan!-
İnsan köçəridir, var-dövlət yalan.
Kasıb tikəsini əlindən alan,
“Anası qoçağa” kişi demirlər.
Heç nə unudulmur, hər şey qalası,
Bu gün açılanlar sabah solası.
Elin nəzərindən elin balası
Düşəndə “uzağa” kişi demirlər.
Qəza endirirsə qartalı düzə,
Gərək tab gətirə, bu dərdə dözə.
Hər çaşqın baxışa, eynəkli gözə,
Hər “norka papağa” kişi demirlər.
İman, gəl inlətmə çox sarı simi,
Müttəhim eyləyir zaman hakimi.
Şair gördüyünü olduğu kimi
Yazmasa varağa, kişi demirlər.
Aqil İman yaradıcılığında epik-lirik sevgi şeirlərinin də özünəməxsus fərdi anlayışları vardır. Burada şairin müraciət etdiyi gözəl şeriyyətdə təqdim olunan gözəl obrazlarının heç birinə bənzəmir. Şairin tədim etdiyi “gözəl” obrazı gəraylı və qoşma təcnislərdə bədii cizgilərlə daha seçimli təqdim olunur.
İNCƏSİNƏ
(gəraylı təcnis)
Bu qızdakı görkəmə bax:
Büllur buxaq, incə sinə.
Gün üzünə həsrət çəkir,
Bel yalvarır incəsinə.
Gözəlliyin başa bəla,
İnsafa gəl, rəhm et, bala!
Söz dilində dönüb bala,
Kəlmələnir incəsinə.
İman, olmaz belə göz, əl,
Zər yaraşır belə gözəl.
Harda vardı belə gözəl,
Şax otura, incə sinə.
DƏRD DAŞI YARDI
(qoşma təcnis)
A Məcnun sevdalı, Leyli kamallı,
Dərdi çəkənlərə dərddaşı yardı.
Yar deyib göynəyən qanlı yaranı
Səni sevməyənin dərddaşı yardı.
Dillərin lal olsun, həsrət qal anda,
Bir ömür çürütdüm həsrət qalanda.
Əlin əllərimə həsrət qalanda
Gözüm gözlərinə dərd daşıyardı.
İman üz döndərib, daşdandı-demə,
Göy alıb, yer yeyib, daş dandı- demə,
Ta bir də “ürəyim daşdandı”- demə,
Güc gəlib çəkdiyin dərd daşı yardı.
BİR ANDA MƏNİ
(qoşma təcnis)
Sən məni bir anda tapmışdın o vaxt,
İndi də itirdin bir anda məni.
Yığıb ürəyinə hirsi-hikkəni,
Necə qurban etdin bir anda məni!
Hörmə hasarına yad daşını, qız,
Yeyən dad almayıb yad aşını, qız!
Hərdən təzələyib yaddaşını, qız,
Qayıt o günlərə, bir an da məni!
Həsrətin didəmdən gəlib su ala,
Axdı eynim yaşı, oldu su ala!
İmanam, önündə döndüm suala,
Qoymadım tutmağa bir an daməni.-(ətək)
İstedadlı ziyalı Aqil İmanın yaradıcılığı ilə tanış olan oxucu mübariz, daim haqq-ədalət tərəfdə olan şair dünyası ilə tanış olur: onun bədii təqdimatlarında şərə kəskin təpki, xeyirə dərin sevgi vardır. Mərhum şairimiz ədəbi aləmdə ehtiramlı yer almışdır və el içində o, hər zaman yüksək rəğbətlə yad olunur. Ruhu şad olsun, Allah rəhmət eləsin!
Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 2123 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |