Şrift:
Məhəmməd Xakpur Ərdəbil məhkəməsinə çağrılıb
11.03.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpur Ərdəbil məhkəməsinə çağrılıb.
Məlumata görə, məhkəmə azərbaycanlı fəalı tanınmış milli-mədəni fəal Abbas Lisaninin dosyesi ilə əlaqədar dindirməyə çağırıb. Ehtimal olunur ki, fəal dosyedəki iddialarla bağlı A.Lisaninin əleyhinə çıxış etmək məqsədi ilə çağırılıb.

Bildirək ki, A.Lisani tanınmış fəallardan biridir. O mədəni fəaliyyətlərinə görə çoxlu təzyiqlərə məruz qalıb və illərcə həbs edilib. Tanınmış fəal 2011-ci il (1390-cı il) Urmu gölü etirazları ilə bağlı tutulub və mühakimə edilib, onun məhkəmə prosesi hələ də davam edir.

Məhəmməd Xakpurun isə A.Lisaninin dosyesi ilə heç bir şəkildə əlaqədar olmadığı bildirilir. Fəal bir neçə dəfə şifahi olaraq çağrıldıqdan sonra bu dəfə yazılı məktub vasitəsi ilə məhkəməyə çağırılıb.

GünAz TV
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed