Şrift:
Azərbaycanda azadlıqdan məhrumetmə cəzasına alternativ cəzaların təbiqi vəziyyəti müzakirə olunub
12.03.2015 [09:44] - Gündəm, Hüquq
"Penal Reform İnternational" təşkilatının Cənubi Qafqaz ofisinin təşkilatçılığı ilə Bakı şəhərində dövlət qurumları, QHT və hüquq müdafiəçilərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə ölkədə azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzaların tətbiqi vəziyyəti müzakirə olunub.

Ombudsman Aparatından verilən məlumata görə, dəyirmi masada Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MPQ) rəhbəri Rəşid Rumzadə və MPQ-nin üzvü Vüqar Heydərov iştirak edərək, mövzu üzrə fikirlərini bölüşüblər.

Hüquq pozuntusu törətmiş şəxslərə tətbiq olunan ictimai sanksiya və tədbirlər, onların sosial inkluziya, eləcə də ictimaiyyətin təhlükəsizliyinin təmini istiqamətində qarşıda duran məsələlər müzakirə olunub.

Milli sistemdən asılı olaraq, probasiya xidmətinin işi ədalətli qərarların qəbulu üçün məhkəmə və digər qərar qəbul edən orqanların informasiya və məsləhətlə təmin edilməsi, hüquqazidd davranış nümayiş etdirən şəxslərin həbsdə olduqları zaman onların azadlığa buraxılmasına və yerlərinin dəyişdirilməsinə hazırlıq islərinin aparılması üçün onlara rəhbərlik edilməsi, vaxtından əvvəl azad olunan səxslərə nəzarət edilməsi, kömək göstərilməsi daxildir.
Bu fikirlər Milli Preventiv Qrupun (MPQ) rəhbəri R. Rumzadə tərəfindən səsləndirilib. O, ölkədə bu istiqamətdə milli qanunvericiliyin təkmilləşdirilməsi sahəsində, o cümlədən həyata keçirilən hüquqi islahatlara Ombudsmanın dəstəyi və çoxsaylı təşəbbüslərindən danışıb.

Qeyd olunub ki, həyata keçirilən islahatlar və cəza-icra siyasətinin tərkib hissəsi kimi, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasındakı səmərəli əməkdaşlıq bu sahəyə mühüm töhfə verməkdədir.
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed