Şrift:
Dünya Ana Dili Günündə tutulan azərbaycanlı fəal aclıq aksiyasında
12.03.2015 [16:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
21 Fevral – Dünya Ana Dili Günündə təhlükəsizlik qüvvələri tərəfindən tutulan azərbaycanlı milli-mədəni fəal aclıq aksiyası keçirir.
Əldə etdiyimiz məlumata görə, Əlirza Fərşinin Tehranın Evin zindanında aclıq aksiyasına başlayıb. Bundan öncə bir qrup azərbaycanlı fəal Ə.Fərşinin vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün zindana müraciət edib, lakin zindan məsulları onlara hər hansı bir məlumat verməkdən imtina ediblər. Həmin fəallar da Ə.Fərşinin Zindanın təknəfərlik məhbəsində aclıq aksiyası keçirdiyini ehtimal etmişdilər. Sonra aclıq aksiyası ilə bağlı əldə edilən yeni məlumat bu xəbəri təsdiq edib.

Qeyd edək ki, tanınmış azərbaycanlı milli-mədəni fəal Dünya Ana Dili Günündə yaxalanıb. Fəalın tutulmasının səbəbi dəqiq bildirilməyib, lakin ehtimal olunur ki, Dünya Ana Dili Günü ilə bağlı mərasim keçirmək üçün hökumətdən icazə almaq cəhdləri onun tutulmasına səbəb olub. Fəal mərasimin keçirilməsi üçün icazə almağa ciddi şəkildə çalışıb və bu istiqamətdə 62 günlük fəaliyyət raportu da yayılıb.

Xatırladaq ki, Ə.Fərşi ötən il də Dünya Ana Dili Günü mərasiminin keçirilməsi ilə əlaqədar Tehranda yaxalanıb və bir neçə ay saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed