Şrift:
Aydın Zakiri aclıq aksiyasını davam etdirir
13.03.2015 [09:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Aydın Zakiri Meşkinşəhr zindanında aclıq aksiyasını davam etdirir.
Martın 6-da aclıq aksiyasına başlayan fəal ana dili ilə bağlı mədəni fəaliyyətlərinə görə yaxalanıb. A. Zakirinin ailəsi onun azadlığa buraxılması üçün məhkəmənin istədiyi vəsiqəni təslim etsələr də, məhkəmə məsulları onun azadlığını təmin etməyib və fəal qanunsuz olaraq hələ də saxlanılır.

Meşkinşəhr məhkəməsi bundan öncə A.Zakirinin azadlığa buraxılması üçün 100 milyon riallıq vəsiqə tələb etmişdir.

Xatırladaq ki, A.Zakiri 21 Fevral – Dünya Ana Dili Günündə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə, sonra isə Meşkinşəhr zindanına aparılıb. Azərbaycanlı fəal yaxalandıqdan sonra ETTELAAT məmurları onun iş yerinə gedib və heç bir məhkəmə hökmü göstərmədən xalçayuma sexini bağlayıblar. Azərbaycanlı fəalın ailəsinin təzyiq altında olduğu da bildirilir.
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed