Şrift:
Traxtur klubunun braziliyalı oyunçusunun Azərbaycan sevgisi (foto)
13.03.2015 [09:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin məşhur “Traxtur” komandasının braziliyalı oyunçusunun Azərbaycan sevgisi, Azərbaycan cümhuriyyəti mətbuatının diqqətini çəkib.
martın 8-i yerli vaxtla saat 16:30-da “Traxtur” takımı ilə “Perspolis” komandası Təbrizdə qarşılaşdı.
Traxtur klubunun braziliyalı oyunçusunun Azərbaycan sevgisi (foto)

İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 22-ci həftəsində keçirilən müsabiqədə yalnız 1 qol vuruldu. “Traxtur” oyunçusu Şahid Saqibi 62-ci dəqiqədə vurduğu qolla “Traxtur”a qələbə qazandırdı. Qol vurulduqdan sonra braziliyalı futbolçu Edinyo alqışlanası bir hərəkət edib. 33 yaşlı futbolçu formasının altında qeyd olunan "Yaşasın Azərbaycan" şüarını göstərməklə Azərbaycana olan sevgisini nümayiş etdirib. Edinyonun bu hərəkəti Güney Azərbaycan kütləvi informasiya vasitələri ilə yanaşı Azərbaycan Cümhuriyyəti mediasının diqqətini də çəkib. “Ans-press” saytı braziliyalı futbolçunu bu hərəkətini xüsusi alqışlayıb.
Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed