13.03.2015 [10:07] - Xəbərlər, Sosial
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci ilin iyul ayının 13-də bu sahədə daha mühüm islahata imza atıldı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. 2012-ci il dekabrın 29-da isə pilot layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda da “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olan xidmətlər üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Belə ki, Avropa Parlamentində “İnnovasiya və Mobil İmza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən konfransda “ASAN xidmət”in fəaliyyəti ilə bağlı təqdimat olub. Bu faktın özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar. Artıq Bərdə rayonunda da “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayır.
Prezident İlham Əliyevə məlumat verildi ki, Bərdə regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin aprel ayında başlanılıb və bu ilin mart ayında başa çatdırılıb. Dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Heydər Əliyev prospektində şəhər infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var. Bundan əlavə, böyüklərin istirahəti və əylənmələri üçün də tələblər nəzərə alınıb.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basdı.
Geniş beynəlxalq marağın nəticəsidir ki, bu il Bərdə “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılmasıdır.
Hazırda ölkəmizdə 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla Sumqayıt, Gəncə və Sabirabaddadır. Bərdə “ASAN xidmət” mərkəzi sayca 8-ci mərkəzdir.
Prezident İlham Əliyev xidmətdə yaradılan şəraitlə tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Bərdə də daxildə olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarının 800 minə yaxın sakini yararlanacaq. Ümumilikdə fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub.
Dövlətimizin başçısına “ASAN məktəb” layihəsi barədə də məlumat verildi. Bildirildi ki, layihə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək. Layihə çərçivəsində ilkin mərhələdə məktəbə Bərdə rayonunda qəbul aparılacaq. Xatırladaq ki, digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər -bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə ilə təmin edilib.
Prezident İlham Əliyev İnnovasiyalar zalında yeni layihələrlə tanış oldu.
Bildirildi ki, sorğu robotu - ASAN robot “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların istiqamətləndirilməsi və məlumatlandırılmasına xidmət edir. Belə ki, robot “Çağrı” mərkəzinin operatorları ilə canlı bağlantı yaradaraq vətəndaşın sorğu və müraciətinin qəbul olunmasını təmin edir.
“ASAN xidmət” mərkəzində “ASAN İnteraktiv Bələdçi” Azərbaycana gələcək turistlərin ölkəmizə dair məlumatları heç bir fərdi bələdçiyə ehtiyac duymadan, birbaşa öz smartfonları vasitəsilə əldə etmələrinə imkan verən mobil yenilikdir. Proqramı öz telefonlarına konfiqurasiya edən turistlər üzərində xüsusi Artex markeri olan obyektlərə dair məlumatları interaktiv və əyləncəli formada öyrənə biləcəklər. Proqram təminatının digər bir xüsusiyyəti də turistlərin konkret və darıxdırıcı proqrama tabe olmağa məcbur edilməməsidir. Bu da onların gəzinti vaxtı rahatlığına və maraqlandıqları obyektlərlə yaxından tanış ola bilmələrinə imkan verəcək. Proqramın təqdim olunan hissəsi üç bölmədən ibarətdir və hər bir bölmə Artex markeri yerləşdirilmiş fərqli posterlər üzərindən işləyir. Bölmələrdən biri iyun ayında “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionunun nümayişindən ibarətdir. Bu bölmədə Olimpiya Stadionuna dair məlumatlar görüntülü formada yerləşdirilib. Proqramın ikinci hissəsi Bərdə “ASAN xidmət”inin açılışına həsr olunub. Üçüncü bölmə isə Bərdə şəhərində yeni inşa edilən və Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Parkı haqqındadır. Burada parka dair məlumatlandırıcı videoçarx yerləşdirilib.
Buradakı “ASAN kadr” karyera mərkəzi “ASAN Məktəb” könüllülük proqramını bitirmiş gənclərə işə qəbul prosesində dəstək olmaq üçün yaradılmış elektron portaldır. www.asankadr.az portalı vasitəsilə işaxtaranlar və işəgötürənlər üçün məlumat bazası yaradılır. Belə ki, həm könüllülük proqramını bitirmiş gənclər öz tərcümeyi-hallarını portalda yerləşdirir, həm də işəgötürənlər burada vakant yerlər barədə elanlar verə bilirlər. Portalın axtarış sistemi hər iki tərəfin öz tələbatına uyğun iş yeri və ya kadrla təmin olunmasına şərait yaradır.
Məlumat verildi ki, Elektron Lisenziya üzrə Mərkəzləşdirilmiş İdarəetmə Sistemi lisenziyaların verilməsi prosesində sui-istifadə hallarını aradan qaldıran və şəffaflığı təmin edən elektron informasiya sistemidir. Sistem vasitəsilə 115 adda müxtəlif növ lisenziyanın elektron qaydada təqdim edilməsi həyata keçiriləcək. Sistemdən istifadə etməklə sahibkarlıq subyekti dövlət orqanlarına getmədən lisenziya ala biləcək. Uyğun baza və sistemlərin yaradılması və təkmilləşdirilməsi lisenziya alınması prosesinin daha şəffaf təşkili və sadələşdirilməsinə, yekun sənədin elektron şəkildə təqdim edilməsinə səbəb olacaq.
Sonra “ASAN həyat” və “ASAN xidmət” dünya mətbuatında videoçarxları nümayiş olundu.
Bərdədəki “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 170 nəfərdir ki, onların da 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də yaradılıb.
Dövlətimizin başçısı mərkəzdə Bərdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi: “Yenidən Bərdədə olmağımdan çox məmnunam, çox şadam. Mən Bərdədə dəfələrlə olmuşam. Hər dəfə burada olanda gözəl obyektlərin açılışını qeyd edirik. Bu gün Bərdədə “ASAN xidmət” fəaliyyətə başlayıb. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.
Gözəl binadır. Şəhərə yaraşıq verir. Daxili dizayn da gözəldir. Əsas məsələ ondan ibarətdir ki, burada yüksək xidmətlər göstəriləcəkdir. Bu, sayca səkkizinci “ASAN xidmət”dir. Dördü Bakıda fəaliyyət göstərir. Üçü bölgələrdə - Gəncə, Sumqayıt, Sabirabad şəhərlərində. Dördüncüsü də bölgələrdə məhz Bərdə şəhərində açılmışdır. Qəbələdə və Bakıda iki mərkəz tikilməkdədir. Əminəm ki, yaxın zamanlarda Masallıda da tikiləcək. Beləliklə, bütün ölkə üzrə “ASAN xidmət” fəaliyyət göstərəcək”.
Prezidentin sözlərinə görə, Bərdə şəhərində “ASAN xidmət”in fəaliyyətə başlaması əlbəttə ki, xüsusi məna daşıyır: “Qarabağ bölgəsində ilk dəfə olaraq bu gözəl xidmət artıq fəaliyyətə başlayır. Bu gün rəsmi açılışını edirik. Novruz bayramından sonra isə artıq vətəndaşları qəbul etməyə başlayacaq”.
Sakin: Sağ olun, cənab Prezident. Biz Sizə çox minnətdarıq.
Prezident İlham Əliyev: “Bu, gözəl hadisədir. “ASAN xidmət” Azərbaycan məhsuludur. İki ildən bir qədər çox müddət ərzində fəaliyyət göstərir. Bu gün buradakı lövhədə göstərilən bu dəyişən rəqəmlər, - görürsünüz, 4 milyon 120 min müraciət olub, - getdikcə artır. Bu müraciətlərin sayı bu lövhədə göstərilir - 4 milyon 120 min müraciət. Təxminən 4 milyon insan müraciət etmişdir və bürokratiyatısız, korrupsiyasız, rahat, mədəni şəkildə gözəl xidmətlər almışdır. “ASAN xidmət” doğrudan da ictimai xidmətlər, ümumiyyətlə ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə qurumları bizim təcrübəmizi çox yüksək qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm yaradır, həm də ixrac edir. Bu, doğrudan da çox böyük hadisədir”.
Prezident qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda gedən bütün işlər müasir səviyyədə görülür: “Ölkəmiz müasirləşir, inkişaf edir. “ASAN xidmət”in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar. Azərbaycan vətəndaşları bu xidmətdə fəaliyyət göstərir və yüksək xidmət göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” çox mühüm rol oynayır. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar, innovasiyalar tətbiq olunur. Artıq səkkizinci mərkəzdir ki, mən açılışında iştirak edirəm. Hər dəfə mənə yeni bir xidmət təqdim olunur. Sonra isə bu, geniş şəkildə tətbiq edilir. Yəni, innovasiya, yeni fikrin, yeni yanaşmanın yaranması məni çox sevindirir. Çünki Azərbaycan belə inkişaf etməlidir. Bizim gözəl, təbii imkanlarımız, təbii resurslarımız, istedadlı insanlarımız var”.
İlham Əliyev vurğuladı ki, eyni zamanda, bu xidmətdə yüzlərlə Azərbaycan gənci fəaliyyət göstərir: “Keçən dəfə Sabirabad mərkəzinin açılışında, eyni zamanda, biz könüllülərin forumunu keçirdik. Bu da yenilikdir. Azərbaycanda artıq könüllülər qrupu yaranıbdır. Bu gənclər insanlara könüllü şəkildə kömək etmək istəyirlər. Bu, ən gözəl niyyətdir. Bu, Azərbaycanda ictimai əlaqələr sahəsində yenilikdir. Könüllülər, eyni zamanda, bizim kadr ehtiyatımızdır.
Bu gün mənə göstərilən təqdimatda “ASAN kadr” sistemi də artıq fəaliyyətə başlayıb. Bütün könüllülərin iş qabiliyyəti, onlarla bağlı bütün məlumat artıq vahid sistemdə cəmləşir. İstər dövlət qurumu olsun, özəl şirkət olsun, əgər hazırlıqlı kadr işə götürmək istəyirsə artıq o sistemə müraciət edir. Mənə verilən məlumata görə, artıq dörd yüzdən çox könüllü işlə təmin edilib. Bu, bizim kadr ehtiyatımızdır, gənclərin tərbiyəsidir. Doğrudan da hansısa bir işi könüllü surətdə görmək əzmində olan insan böyük hörmətə malikdir”.
Prezident deyib ki, gənclər bu mərkəzdə uğurla fəaliyyət göstərirlər: “Bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir, Azərbaycan gəncləridir. Gələcəkdə ölkəmizin taleyi onların əlində olacaq. Ona görə onlar gənc yaşlarından bilikli, savadlı, Vətənə bağlı və insanlarla ünsiyyətdə olmalıdırlar. “ASAN xidmət”in fəaliyyəti nəticəsində, gördüyünüz kimi, bir neçə məqsəd artıq təmin edilir: innovasiya, insanlara xidmət, rüşvətxorluğa qarşı mübarizə, yenilik, müasirlik, könüllülər qrupunun yaradılması, bölgələrin inkişafı. Bu xidmətin fəaliyyəti indi özünü başqa sahələrdə də göstərir. Yəni, bu xidmətin yaradılması doğrudan da məni həddindən çox sevindirir. Çünki son illər ərzində Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə bir çox işlər görülmüşdür. Məsələn, bu gün biz Bərdədə məcburi köçkünlər üçün yeni şəhərciyin açılışını qeyd etdik.
Ancaq bu sahə xüsusi əhəmiyyət daşıyır. Çünki adətən yeni texnologiyalar, yeniliklər bizə xaricdən gəlir. Bu da təbiidir. Yəni, inkişaf etmiş ölkələr intellektual məhsulun sahibləridir. Onlar bu intellektual məhsulu yaradır, icad edirlər. Təbii ki, o ölkələrdə ənənələr böyükdür, sənaye inkişaf edib və elmi fikir kifayət qədər yüksək səviyyədədir. Ona görə adətən inkişaf etmiş ölkələr intellektual məhsulu yaradır və ondan sonra onu başqa ölkələrə satır. Bu intellektual məhsul isə Azərbaycanda yaradılıb. Bu, xalqımızın intellektual səviyyəsini, Azərbaycanın inamla inkişafını göstərir. Şadam ki, artıq Qarabağ torpağında “ASAN xidmət” var və bu xidmət bütün ətraf rayonların sakinlərinə, məcburi köçkünlərə xidmət göstərəcək. Əminəm ki, bərdəliləri də sevindirəcək”.
Sakin: İnşallah, Sizin sayənizdə, Sizin rəhbərliyinizlə. Sizə minnətdarıq, cənab Prezident. Sizinlə fəxr edirik. Çox sağ olun.
Prezident İlham Əliyev: “Sağ olun. Mən də çox şadam ki, yenidən Bərdədəyəm, doğma Qarabağ torpağındayam. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü də bərpa ediləcək. Biz buna nail olmaq üçün daha da güclü olmalıyıq. Çünki bildiyiniz kimi, biz bu barədə dəfələrlə fikir mübadiləsi aparmışıq. Bütün beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir. Dünən Pakistan Prezidenti ilə strateji tərəfdaşlıq haqqında imzaladığımız Bəyannamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsi öz əksini tapıb. Bu ayın əvvəlində Bolqarıstanda da strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilmişdir. Orada da eyni cümlələr əksini tapıb: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı.
Yəni, əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll edilsə idi, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir. Belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır. Son aylar ərzində Azərbaycan təmas xəttində üstünlüyü tam şəkildə təmin edibdir və bizim ordumuz, orduda xidmət edən gənclərimiz Vətəni ləyaqətlə qoruyurlar, düşmənə çox güclü zərbələr vururlar.
Belə də olmalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq”.
Sakinlər: İnşallah, Sizin rəhbərliyinizlə. Çox sağ olun. Minnətdarıq.
Prezident İlham Əliyev: “Bir daha Sizi gözəl mərkəzin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gün burada digər tədbirlər nəzərdə tutulur, Bərdədə yollar çəkilir, kənd yolları, ictimai, sosial obyektlər, məktəblər tikilir, tarixi abidələr bərpa edilir. Köçkünlər üçün gözəl evlər tikilir, mərkəzlər, Olimpiya Mərkəzi, xəstəxanalar yaradılır”.
Sakin: “Bu, bizə bayramqabağı ən böyük hədiyyədir”.
Prezident İlham Əliyev: “Əlbəttə, biz nəzərə almışdıq ki, ilk növbədə regional mərkəzlər yaradılsın. Təbii ki, bir neçə region seçilibdir. Bakıdan sonra, ilk növbədə, Gəncə mərkəzi regionu əhatə edir. Sumqayıt böyük şəhərdir. Sabirabad mərkəzi regionu əhatə edir və ondan sonra Qarabağ bölgəsini biz mütləq nəzərə almalı idik. Bu gün Qarabağda da “ASAN xidmət” var. Qeyd etdiyim kimi, növbəti mərkəzlər Qəbələdə, Masallıda və yəqin ki, gələn il şimal zonasında yaradılacaqdır. Bu, birinci mərhələdir. Eyni zamanda, səyyar xidmət də göstərilir. Yəqin ki, əvvəlki dövrlərdə Bərdəyə də avtobuslar gəlmişdir. Belə mərkəz olandan sonra indi avtobusa ehtiyac yoxdur. Sizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm”.
Sakinlər: “Çox sağ olun, cənab Prezident, Sizin də bayramınızı təbrik edirik”.
Sonda xatirə şəkli çəkdirildi

Bu xəbər oxucular tərəfindən 753 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |