Şrift:
Türkiyə Rusiyaya ultimatum verib
29.09.2011 [15:37] - İqtisadiyyat
Taner Yıldız: “Qazın qiyməti əhəmiyyətli dərəcədə aşağı salınmasa, qaz müqavilələrini ləğv edə bilərik”
Türkiyə hökuməti enerjidaşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınmasa, Rusiya ilə qaz müqavilələrini ləğv edə bilər.

Bu bəyanatla Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız çıxış edib.

Hazırda Türkiyə Rusiyanın “Qazprom” şirkətindən ildə 30 mlrd. kubmetr qaz alır ki, bu da ölkənin mavi yanacağa olan tələbatının 64%-ni təşkil edir. Bu ilin mart ayında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri zamanı qazın qiymətinin aşağı salınması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevlə apardığı danışıqlar nəticə verməyib.
Bu xəbər oxucular tərəfindən 1536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed