09.01.2012 [12:10] - Gündəm
Yəmən hökuməti sabiq prezident Əli Abdulla Salehə toxunulmazlıq hüququ verən və məhkəmə təqibindən azad edən qanun layihəsini bəyənib.
Məhkəmə təqibindən azad edilmək Salehin dövründə hakimiyyət strukturlarında çalışmış bütün məmurlara da şamil olunacaq. Hökumətin hazırladığı bu qanun layihəsi parlamentdə təsdiqlənməlidir. Lakin parlamentdə təsdiqlənmə formal xarakter daşıyır. Ölkənin fəxri prezidenti olan Əli Abdulla Saleh hakimiyyətin təhvil verilməsi barədə sənədləri fevralın 21-də imzalamalıdır.
Əli Abdulla Salehə toxunulmazlıq hüququ ötən ilin noyabrında hakimiyyəti müvəqqəti hökumətə təhvil verməyə razılaşması müqabilində verilib. O 35 il Yəmənin prezidenti olub və hökumət əleyhinə çıxışlar fonunda beynəlxalq birliyin təzyiqi ilə istefa verib.

Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |