13.03.2015 [10:12] - Gündəm, Hadisə
Rusiyanın Kazan şəhərində “Admiral” ticarət mərkəzində baş verən güclü yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da olub. Bu barədə “TASS” agentliyi xəbər verir.
Məlumata görə, xəsarət alan 55 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.
Ölənlər arasında Azərbaycan vətəndaşlarının sayı barədə isə məlumat yoxdur.
Ölənlərin sayı 10 nəfərə çatıb, 25 nəfərin dağıntılar altında qaldığı güman edilir.
Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.
Binada olan 650 nəfər xilas edilib.
Faktla bağlı cinayət işi qaldırılıb.

Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |