Şrift:
-Traxtur- -RahAhən-i öz şəhərində əzdi
13.03.2015 [10:36] - Xəbərlər, Güney Azərbaycan xəbərləri, İdman
“Qostəreşe fulad” isə “Fulad”ı əli boş yola saldı

Tehranın Qüds stadionunda bu şəhərin “RahAhən” komandası ilə Təbrizin “Traxtur” takımı arasında keçirilən müsabiqə bu dəqiqələrdə “Traxtur”un kəskin qələbəsi ilə sona çatdı.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 23-cü həftəsində keçirilən müsabiqədə “Traxtur” tərəfindən vurulan 3 qola, qarşı komanda heç bir qarşılıq verə bilmədi.

Fərid Behzadi Kərimi 43, Mehdi Kiyani 85 və Edinyo 87-ci (penalti) dəqiqələrdə qol vuraraq “Traxtur”un kəskin qələbəsini təmin etdilər. Bununla da “Traxtur-RahAhən” müsabiqəsi (3 – 0) hesabı ilə sona çatıb.

Bu nəticədən sonra “Traxtur” 44 imtiyazla (xal) müvəqqəti olaraq cədvəlin 1-ci pilləsinə yüksəlib.

Azərbaycanlıları sevindirən daha bir müsabiqə Təbrizdə həyata keçirilib. Super liqa rəqabətlərinin 23-cü həftəsində Təbrizin “Qostəreşe Fulad” komandası ilə Xuzistanın “Fulad” takımı qarşılaşıb. Bu qarşılaşma da Təbriz komandasının kəskin qələbəsi ilə yekunlaşıb.

Cabir Ənsari 9 və 69 və Batistan 37-ci dəqiqədə “Qostəreşe fulad” tərəfindən qol vurdular. Məhəmməd Qazi isə 72-ci dəqiqədə “Fulad” tərəfindən qol vurdu. Bununla da Müsabiqə (3 – 1) hesabı ilə “Qostəreşe fulad”ın xeyirinə yekunlaşdı.
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed