Şrift:
Soydaşlarımız Tehranda milli şüarlar səsləndirdi (foto, video)
14.03.2015 [00:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol takımı ilə Tehranın “RahAhən” komandası martın 12-i (isfəndin 21-i) yerli vaxtla saat 15:30-da Tehranın Qüds stadionunda qarşılaşdı.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 23-cü həftəsində keçirilən müsabiqədə “Traxtur” tərəfindən vurulan 3 qola, qarşı komanda heç bir qarşılıq verə bilməydi, müsabiqəsi (3 – 0) hesabı ilə “Traxtur”un xeyirinə sona çatdı.

Müsabiqədə Tehranda yaşayan soydaşlarımız aktiv şəkildə tamaşaçı qismində iştirak edib və stadionda həyəcanlı anlar yaradıblar. Onlar müsabiqə boyu səsləndirdikləri milli şüarlarla dəfələrlə stadionu lərzəyə gətiriblər.

“Traxtur” tərəfdarları “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Əlirza Fərşi azad olsun”, “ Kürd, fars, erməni – Bütün türkün düşməni”, “Bakı, Təbriz, Ankara – Biz hara farslar hara!” və s. kimi şüarlar səsləndiriblər. Stadionda üzərinə şüarlar yazılmış plakatlar da qaldırıb.
Soydaşlarımız Tehranda milli şüarlar səsləndirdi (foto, video)

Soydaşlarımız Tehranda milli şüarlar səsləndirdi (foto, video)

Soydaşlarımız Tehranda milli şüarlar səsləndirdi (foto, video)

Soydaşlarımız Tehranda milli şüarlar səsləndirdi (foto, video)


Bu arada rejim tərəfindən tutulan azərbaycanlı milli-mədəni fəallar da unudulmayıb və onlara dəstək vermək məqsədi ilə şüarlar səsləndirilib. “Traxtur” tərəfdarları Dünya Ana Dili Günü ərəfəsində tutulan fəalların azadlığa buraxılmasını tələb ediblər.

Oyunda vurulan qolların görntülərini aşağıdakı linkdən izləyə bilərsiniz:
TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed