14.03.2015 [00:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil vilayətinin təhsil şöbəsi qarşısında 700 müəllim toplaşıb. Martın 12-də bir araya gələn müəllimlər, hökumət işçiləri arasında maaşla əlaqədar olan ayrı-seçkiliyə etiraz edib və müəllimlərin maaşının az olduğunu bildiriblər.
Etirazçılar maaşlarının artırılması məqsədi ilə Təhsil Nazirliyinin büdcəsinin artırılmasını tələb ediblər.
Müəllimlərdən biri deyib:
“Bu etiraz son bir ayda baş verən etirazların davamıdır. Hər il Təhsil Nazirliyinin büdcəsində çatışmamazlıqdan söz gedir. Bu vəziyyət 35 ildir belədir və həmin büdcənin təsiri altında müəllimlərin vəziyyəti getdikcə ağırlaşır.”
Etirazçıların əlində olan plakatlarda “ biz yoxsulluqdan qorxmuruq, ayrı-seçkilikddən qorxuruq”, “Yoxsulluq həddi göstəricisi 3 milyondur, bizim maaş isə 1 milyondur”, “Müəllim ayrı-seçkiliyə dözə bilməz” və s. kimi şüarlar yazılıb.
Yığıncağın sonunda müəllimlər imza toplayıb və ölkənin iki yüksək rütbəli şəxsinə etiraz məktubu ünvanlayıblar.

Bu xəbər oxucular tərəfindən 592 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |