14.03.2015 [00:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Molla rejiminin Azərbaycan Cümhuriyyətinə qarşı fəaliyyətləri müxtəlif formalarda həyata keçirilir.
Son məlumata görə, Biləsuvar gömrüyündə Azərbaycan vətəndaşları üçün dini mərkəz yaradılır. Bu barədə Ərdəbil Vilayətinin İslami Təbliğat Mərkəzinin baş müdiri danışıb.
Axund Mehdi Studə Biləsuvar gömrüyünə baxış keçirərkən bu idarənin məsulları ilə görüşdə bildirib ki, “Birinci dəfə olaraq Biləsuvar gömrüyündə Azərbaycan vətəndaşlarının dini və şəriət suallarına cavab vermək məqsədi ilə mərkəz yaradılır.”
O vurğulayıb ki, üçüncü minillikdə təbliğat və əlaqə qurmaq insanları maarifləndirmək baxımından çox vacibdir, bizdə bu vasitədən istifadə etməliyik. Qonşu ölkələr, xüsusi ilə də bir çox ortaq dəyərlərimiz olan Azərbaycan Cümhuriyyəti ilə əlaqələri gücləndirmək olduqca önəmlidir. İki ölkənin əhalisi həm din və həm də adət-ənənə baxımından çox yaxındır və bu yaxınlıq daha da güclənməlidir.”
Hicab və dini düşüncələrin Azərbaycan əhalisi tərəfindən yaxşı qarşılandığı deyən axund bildirib ki, “Biləsuvar gömrüyündə belə bir mərkəzin yaranması və orada mütəxəssislərin fəaliyyət göstərməsi bir çox problemi həll edəcək və bir sıra dinə uyğun gəlməyən şübhələri aradan qaldıracaq.”
Qeyd edək ki, İranın bu kimi fəaliyyətləri İslam Cümhuriyyətinin qurucusu Ruhullah Xomeyininin “biz inqilabımızı dünyaya ixrac edəcəyik” şüarının reallaşdırılması uğrunda həyata keçirilir. Məsələ Azərbaycan Cümhuriyyətinə gəlincə vəziyyət biraz da qəlizləşir. Azərbaycan Cümhuriyyətinin dövlətçiliyini heç bir şəkildə həzm edə bilməyən İran rejimi, müxtəlif yollarla Azərbaycan Cümhuriyyətinin daxilinə nüfuz etməyə çalışır və din sahəsində edilən cəhdlər də həmin istiqamətdə həyata keçirilir.

Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |