14.03.2015 [09:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası
-Bu həftə İranda yaşayan türklərin diqqəti Təbrizdə oldu. Səbəb Tatarıstan prezidentı Rüstəm Minnixanovun 1-ci gün siyasi-iqtisadi heyətlə birlikdə Güney Azərbaycanın siyasi mərkəzi Təbrizdə gəlişı idi. Məlum olduğu kimi Tatarıstan böyük əraziyə və çoxsaylı əhaliyə malik türk cümhuriyyətlərindən biridir və hazırda Rusiya Federasiyasının tərkibindədir. Tatarıstan paytaxtı Kazan öz dərin tarixi ilə seçilir və türk dünyasında önəmli coğrafi məkanlardan biridir. Bu səbəbdən də Tatarıstan prezidentinin geniş heyyətlə Təbrizə səfər etməsi diqqətləri cəlb etmişdi. Bu səfərdə Rüstəm Minnixanovu bir neçə nazir müşayiət edib.
Tatarıstan prezidenti və onu müşayiət edən heyət Təbrizin böyük sənaye müəssisələrinə baxış keçirib. Səfər çərçivəsində Minnixanovun Təbriz və Tatarıstan iş adamlarının birgə keçirdiyi görüşdə də iştirak edib.
-PKK yanlıları bu həftə Güney Azərbaycanda aktivlik nümayiş etdirdilər. Onlar ağac əkmək bəhanəsi ilə Sulduzda və Xanada toplaşaraq Kürdüstan Cəmiyyətinə aid plakatlar açıblar. Belə ki, Urmu gölünün qurudulması məsələsini kürdləşdirmə prosesinin tərkib hissəsi kimi görən terror yanlıları bu ekoloji faciə ilə bağlı hər zaman səssiz qalmalarına rəğmən, nə qədər qəribə görünsə də ağac əkmək günü bəhanəsi ilə bir yerə tolpaşıb və özlərini Ətraf-Mühit fəalı kimi qələmə verməyə çalışıblar. Məlumata görə, bir qrup kürd terrorizmi yanlısı Sulduzda Sultan Yəqub dağının ətəklərində toplaşıb. Azərbaycanda əzələ göstərmək istəyən terrorizm yanlıları əllərində “Yaşıl Kürdistan Cəmiyyəti” plakatı da daşıyıblar. Başqa bir məlumata görə isə, oxşar yığıncaq Güney Azərbaycanın Xana şəhərində baş tutub. Kürd terrorizmi yanlıları Xana şəhərinin cəngəli parkında toplaşıb.
-Çəsarətli çıxışları ilə seçilən Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Qərbi Azərbaycanda tarixi məkanların baxımsız vəziyyətdə olduğu və unudulduğunu deyib. Onun bununla bağlı irad və təklifləri bu həhtə İranda müzakirə olunan mövzulardan birinə çevrildi. Nadir Qazipur turizm və mədəniyyət məkanlarının da məhv olmasından danışıb: “Misal üçün Urmiyə ətrafında ƏsgərAbad adlı bir kənd olub və onun ətrafında əhali tərəfindən möhkəm bir qala tikilib. Bu qala uzaq keçmişdə əhalini 600-700 dəfə düşmənin hücumundan qoruyub. Kənd əhalisi çox cəsarətli olub və bu qala vasitəsi ilə özlərini müdafiə ediblər. Lakin indi bu tarixi kənd diqqətdən kənarda qalıb və hazırda onun aradan getməsini və yerində yeni quruculuq işlərinin aparılmasına şahidik.”
Millət vəkili vurğulayıb ki, “əgər bu kənd bir Avropa ölkəsində vəya hətta Türkiyədə olsaydı, onlar öz tədbirləri ilə ən azı 50-60 min turisti bu məkana cəlb edib və bu fürsətdən düzgün istifadə edərdilər.”
N.Qazipur Urmiyənin tarixi “Kazım Daşı” qalasının vəziyyətinə də toxunub: ““Kazım Daşı” qalası turizm sahəsində unudulan bir məkandır. Kazımxan çox cəsarətli bir savaşçı olub, o xarici qüvvələrlə mübarizədə Ənzəl məntəqəsinin əhalisini iğtişaşlardan qoruyub və bölgənin təhlükəsizliyində böyük rol oynayıb. Mədəni-Miras İdarəsi bu məkanı düzgün tanıtdıraraq məntəqəyə turistlərin cəlb edilməsinə yardımçı olmalı idi.”
Azərbaycanlı millət vəkili sözü gedən qalanın mədəni əhəmiyyətini də vurğulayaraq Qərbi Azərbaycanın Mədəniyyət və Turizm Mirası İdarəsini bu tarixi məkana diqqət yetirməyə çağırıb.
- Son zaman İranın molla rejimi tərəfindən Güney Azərbaycanın Təbriz, Urmiyə, Qoşaçay və Şot kimi şəhərlərində bir neçə icazəli konsertin qarşısı alınıb. Bu isə musiqiçilərlə yanaşı yerli əhalinin də etirazına səbəb olur. Güney Azərbaycanın Təbriz şəhərinin icra başçısının bu barədə bir jurnalistin sualına verdiyi cavab gündəmi tutdu. İcra başçısı Rəhim Şöhrətifər Təbrizdə musiqi konsertlərinə qarşı qadağa ilə bağlı verilən suala belə cavab verib: “Bu barədə dəqiq qanunlarımız var. Xöşbəxtlikdən musiqi konsertlərinə icazə verməklə bağlı da konkret qanun var. Təbrizdəki konsertlər qanuna əsasənır və icazəli şəkildə həyata keçirilir. Aydın məsələdir ki, qanunsuz əməllərin qarşısı alınır. Lakin dövlətin icazəsi ilə bəlli bir zalda bəlli bir proqramın icrasının qarşısını almaq olmaz.” R.Şöhrətifər bir daha vurğulayıb ki, “bu işlər Təbrizdə qanun əsasında görülür və belə proqramlara icazə verilərkən bütün qanunlar diqqətə alınır.” Əhalı bu açıqlamadan sonra konsertlərlə bağlı dövlətin sərt davranışının biraz yumuşalacağına ümid edir.
-Güney Azərbaycanda milli qüvvələrin diqqətləri bu həftə də zindandakı milli-mədəni fəalların üzərində cəmləşdi. Məhbuslar bu həftə qeyri-qanuni həbslərinə etiraz olaraq, aclıq aksiyasına başladılar. Onların aclıq etməsinə zindan rəhbərliyi və rejim əhəmiyyətsiz yanaşsa da, məhbuslar aclığı dayandırmırlar. Aclıq aksiyasına başlayanlar arasında tanınmış milli-mədəni fəallardan Aydın Zakir, Abbas Lisani və Əlirza Fərşı də var.
Bundan Əlavə tanınmış milli-mədəni fəal Məhəmməd Xakpur da bu həftə Ərdəbil məhkəməsinə çağrılıb.
- 4 azərbaycanlı milli-mədəni fəal isə azadlığa buraxılıb. 4 nəfər qoşaçaylı azərbaycanlı fəal məhkumluq müddətini çəkdikdən sonra bu həftə azadlığa buraxılıb.
Həbib MənafiAzər, Muxtar İbrahimi, Cavad Sudbər və Yusif Muxtari məhkumluq müddətini çəkdikdən sonra keçən günlərdə azadlığa buraxılıb.
Azərbaycanlı fəalların hər biri bundan öncə Mahabadın inqilab məhkəməsi tərəfindən 3 ay, 1 gün həbs cəzasına məhkum edilib. Onlar daha bir fəal Daryuş Əndəlibiyanla birlikdə 2013-cü il dekabrın 12-də (1392-ci il azərin 21-də) Qoşaçayın Gəcəlli kəndində tutulub. Fəallar Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı bu hadisədə şəhid olan Xanəli Mütiinin məzarı üstündə keçirilən mərasimdə yaxalanıb və bir müddət saxlandıqdan sonra sərbəst buraxılmışdır.
Adını çəkdiyimiz fəalla keçən aylarda yaxalanıb və məhkumluq cəzalarını çəkmək üçün Mahabad zindanına aparılmışdır. Onlar sistemin əleyhinə təbliğ və milli təhlükəsizliyi pozmaq istəyən qrupda üzv olmaq kimi qondarma ittihamlarla suçlanıb.
- Dünya azərbaycanlılarının milli birlik rəmzinə çevrilmiş “Qırmızı Qurdlar” adlnadırılan “Traktor” Futbol Komandası bu həftə daha bir qələbəyə imza atdı. Tehranın Qüds stadionunda bu şəhərin “RahAhən” komandası ilə Təbrizin “Traxtur” takımı arasında keçirilən oyun “Traxtur”un kəskin qələbəsi ilə yekunlaşıb. İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 23-cü həftəsində keçirilən müsabiqədə “Traxtur” tərəfindən vurulan 3 qola, qarşı komanda heç bir qarşılıq verə bilmədi.
-Bunlardan əlavə, bu həftə İranda gündəmi tutan mövzular ABŞ prezidenti Barak Obamanın İrana qarşı sanksiyaların müddətini uzatması, ABŞ senatorların nüvə danışıqları ilə bağlı İran rəhbərliyinə yazdıqları açıq məktub eləcə İranın dini lideri ayətullah Əli Xamneyinin bu məktuba reaksiyası və İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlarda İranın rolu ilə bağlı dünya gündəminə çıxan müzakirələr oldu.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
14.03.2015
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
14.03.2015
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |