Şrift:
Kazanda TM-in yanğın yerində 16-cı cəsəd tapılıb
14.03.2015 [09:48] - Gündəm, Hadisə
Xilasedicilər Kazanda yanmış ticarət mərkəzinin uçqunlarının altında 16-cı cəsədi aşkar ediblər. Bu barədə RİA Novosti agentliyi məlumat verir.

Daha öncə 15 cəsəd tapıldığı haqda məlumat yayılmışdır. 50 nəfərdəndən çox insan yanıq və zədələr alıblar. Uçqunların altında 20-dən çox insan qaldığı ehtimal edilir.

Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed