Şrift:
Azərbaycanın sərhəd xəttinin delimitasiyası və demarkasiyasında "Azərsky" peykindən istifadə ediləcək
14.03.2015 [09:57] - Xəbərlər, Bildiriş, Özəl xəbər
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Dövlət Sərhəd Xidməti (DSX) arasında memorandum imzalanıb.

Nazirlikdən verilən məlumata görə, bu gün Dövlət Sərhəd Xidmətinin Aparatında Xidmətin rəisi general-polkovnik Elçin Quliyev və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanları geniş müzakirə olunub və bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalardan, o cümlədən “Azərsky” peykinin imkanlarından geniş istifadə ediləcək.

Memorandum çərçivəsində DSX Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçmələrinin təşkili də nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed