16.03.2015 [00:51] - Gündəm, DAVAMın yazıları
Ocaq Yükümlüsü İşıqlı Atalı İnsanilik Bayramı münasibətilə Ulusu kutlayıb. Kutlamada deyilir: “Ürəyinizdə Günəş olsun! İnsanlıq İnsanın, ulusların əzəli, əbədi, sonsuz, kamil varolma tələbi, diləyidir. Bu tələbə yetmək tarixin bütün çağlarında çətin olub.
İnsanlığın əzəli tələbi fəhmən insanlara, uluslara aydın olsa da, İnsanlığın Mütləqə İnam Dünyabaxışı əsasında varolma biçimini İnam Ata (Asif Ata) yaratdı.
Mütləqə İnam Fəlsəfəsinin artıq Azərbaycan ictimai mühitinə tanış olduğu bir dönəmdə İnsanlığın bayram səviyyəsində kutlanması ulusumuzun, ulusların varolmasında nəfəs sayıla bilər.
Mütləqə İnam bəşərin ən ümidsiz çağında yaranan, insanları yaşamağa, yaratmağa, var olmağa kökləyən bənzərsiz inamdır.
Dünyanın var olmasını istəyirsənsə, dünyanın mənasına yet, var ol, var et.
Həyatın (yaşamın) var olmasını istəyirsənsə, Həyatın (yaşamın) mənasına yet, var ol, var et.
Özünü var etmək istəyirsənsə, İnsanlığın mənasına çat, var ol, var et.
İnsanilik – bəşərin varolma, özünütəsdiq düsturudur. İnsanilikdən qıraqda nə varsa, antibəşəridir.
Minillərdir ki, bəşərin canlı yaşamı, bədiiyyatı, incəsənəti İnsanilikdən danışır, insaniliyi öyür. Ancaq insanilik əsasında yaşamaq getdikcə daha da çətinləşir. Bu gün dünyada elmi-texniki inkişaf ən yüksək həddə çatıb. Ancaq inkişafın bu səviyyəsi daha çox insaniliyə qarşıdır. İnsana, insaniliyə xidmət etməyən tərəqqi gerilikdir, çünki insansızlığa əsaslanır. Qoy elmi-texniki tərəqqi indikindən dəfələrlə az olsun, ancaq insan yox olmasın! Qoy dünya indikindən maddiyyatca qat-qat zəif olsun, ancaq dünya insansız olmasın!
İnsansız dünya ölü dünyadır!
İnsansız dünya tükənmiş dünyadır!
Yalnız İnsaniliyə əsaslanan tərəqqi – yaşarıdır, sabahlıdır!
Yalnız müqəddəsliyə əsaslanan tərəqqinin sabahı, gələcəyi var.
İnam Atanın Mütləqə İnam dünyabaxışının başlıca sözü, harayı, mövzusu İnsandır.
İnsansız heç bir tərəqqi yoxdur. Bu səbəbdən də tərəqqinin ölçüsü İnsanilikdir. Bu gedişlə dünya gündən-günə daha çox antiinsaniliyə yuvarlanacaq. Antiinsani dünyanın insan, bəşərsevərlik çağırışları sözdən o yana getmir. Çünki siyasiləşmiş dünyada insaniliyin qaydasına uyğun yaşamaq hünər istəyir. Bicliyin, əyriliyin, vicdansızlığın, umacağın, minnətçiliyin ölçü sayıldığı dünya təbii olaraq asanlığa meyil edir.
Mütləqə İnam Ruhaniyyatının baş mövzusu İnsandır. İnsansız dünya yoxdur. İnsansız dövlət yoxdur! İnsansız tərəqqi yoxdur! İnsansız təbiət yoxdur!
Bu səbəbdən də Ocaq Bayramlarının ilki İnsanilik adlanır.
Bayramda başdan-başa İnsanilik vəsf olunur. İnsana and içilir: «İnsana and olsun, İnsanlığa xidmət edəcəyəm!» Bu, Mütləqə İnam Ocağının ən uca andlarından biridir.
Mütləqə İnam Ocağının Bayrağında İnsan şəkli var. İnam Ata – Mütləqə İnam dünyabaxışını yaratmış Kamil İnsandır.
Ata İnsaniliyin rəmzi, ilahi, bənzərsiz harayçısıdır. İnsan haraylı, İnsan bayraqlı İnsanilik Bayramımız müqəddəslik carı çəkir, Atayurdumuzu, Şərqimizi, Dünyamızı İnama çağırır. İnsanilik Bayramı bəşərin Mütləqilik səviyyəsində Müqəddəsliyinin izharı, Atanın, Ocağın şəxsində imkanlarının təsdiqidir.
İnsanilik Bayramı – bəşərin Bayram ənənəsinin göy səviyyəsidir.
Bu bayram ömürləşdikcə xalqın yaşamında müqəddəslik, yurda, ulusa bağlılıq, milli İnam əsasında var olmaq ənənəsi daha da güclənəcək.
Kutsal İnsanilik Bayramınız qutlu olsun!

Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |