16.03.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az milli-mədəni fəal Sevil Süleymaninin Amerikanın Səsi radiosuna verdiyi müsahibəni təqdim edir:
“Firdovsi İranda millətçilik və irqçiliyinin simvoludur... Onun heykəlinin qeyri-fars bölgələrdə yerləşdirilməsi o kimlikləri inkar etmək deməkdir,” deyə Amerikanın Səsi ilə söhbətdə Sevil Süleymani son vaxtlar gündəmə çıxmış heykəl münaqişələrinə münasibət bildirir.
Fevral ayında Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində bələdiyyə və şəhər şurasının qərarı ilə güneyli ziyalılar arasında anti-türk xarakteri ilə məşhur olan 10-11-ci əsrlərdə yaşamış böyük fars şairi Əbülqasım Firdovsinin adı və heykəli şəhərin əsas meydanlarının birindən götürüldü.
Bələdiyyənin bu addımı İranın müxtəlif siyasi və mədəni qrupları, ziyalılar və media mənsubları arasında geniş təpki yaratdı. Heykəlin götürülməsində pan-Türkistlər və bölücülərin barmağı olduğunu irəli sürən qruplar Firdovsinin adı və heykəlini Salmasa qaytarmaq istiqamətində hökümətin addım atmasını tələb etdilər.
Sonunda Daxili İşlər Nazirliyinin müdaxiləsi ilə Salmas bələdiyyəsi heykəli təkrar eyni meydana yerləşdirəcəyini bildirdi.
Sevil Süleymaninin fikrincə, İran millətçiləri Salmas kimi qeyri-fars bölgələrə öz müstəmləkələri kimi baxdıqları üçün fars kimliyinin simvolu olan Firdovsinin adı və heykəlinin götürülməsindən narahat olublar.
“Burada milləti təmsil edən tərəf heykəli meydandan götürən Salmas bələdiyyəsidir. Etiraz edənlərin heç biri millətin nümayəndəsi deyil. Bələdiyyənin götürdüyü heykəli indi hökümətin əmri ilə yerinə qaytarırlar,” deyə Süleymani qeyd edir.
Güneyli fəalın dediklərinə görə, “Firdovsi İran millətçiliyi və əslində fars millətçiliyinin bir simgəsidir. Buna görə də, Azərbaycanda yaşayan türklər o heykəlin şəhərlərində tikilməsinə qarşı çıxmaqla irqçilik və faşizmə qarşı çıxmış olurlar. Bu heykəl irqçilik və faşizmi təmsil edir.”
Amerikada mühacirətdə yaşayan fəal heykəlin götürülməsinə etiraz edən qruplar haqqında öz fikirlərinə paylaşıb:
“Onların bir qrubu özünə İranşünas deyir. Amma onlara İranşünas demək olmaz, onlar Farsşünasdır. Çünki onlar İranın deyil, fars mədəniyyəti və kimliyini araşdırırlar, başqa kimlikləri isə silib, fars kimliyini milli kimlik kimi göstərirlər.”
Süleymaninin dediklərinə görə, heykəlin götürülməsini istəyən güneyli fəalların əlində mədəni etirazlarını nümayiş etdirmək üçün hər hansı imkan yoxdur. Halbuki, Firdovsi heykəlinin qaytarılmasını istəyən pan-İranist qrupların arxasında dövlət orqanları və güclü media vardır.
Salmasda Firdovsi heykəlinin yerləşdiyi meydanın rəsmi adı Firdovsi meydanı olsa da, şəhər əhalisi tərəfindən Şəhrbani Fələkəsi adlandırılır.
Müsahibənin audiosunu aşağıdakı linkdən dinləyə bilərsiniz:
TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |