16.03.2015 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın böyük şəhərləri içməli su çatışmamazlığı və kanalizasiya sisteminin olmamasında əziyyət çəkir. Qərbi Azərbaycan valisinin abadlıq işləri üzrə müavini jurnalistlərlə danışıqda bu məsələyə toxunub.
Hadi Bahaduri bildirib ki, “Urmiyə şəhərinin 50 faizi kanalizasiya sistemindən məhrumdur və təəssüflə bu il şəhərin kanalizasiya sisteminə kifayəq qədər büdcə ayrılmayıb.”
Vali müavini yarımçıq qalan projelərə də işarə edib. O bildirib ki, “keçmiş hökumətlər dövründə bir çox projenin tələmqoyma mərasimi keçirilib, lakin onlar yarımçıq qalıb. O projelərdən biri Urmiyə-Marağa dəmiryolu layihəsidir, bu projenin ömründən 10 il keçir.”
Qeyd edək ki, son zamanlar Urmiyə ilə yanaşı Təbriz şəhərinin də kanalizasiya problemi mətbuatın gündəmindən düşmür. Bu baxımdan Təbriz şəhəri də təxminən Urmiyə vəziyyətdədir.

Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |