Şrift:
ABŞ generalı: “İran Hörmüz boğazını bağlasa, dərhal lazımi tədbirlərə əl atacağıq”
09.01.2012 [12:50] - Gündəm
“İran Hörmüz boğazını yalnız qısa müddətə bağlaya bilər”.

Bunu ABŞ-ın Baş Qərargahlar Birləşmiş Komitəsinin rəisi, general Martin Dempsi bildirib. Onun sözlərinə görə, İranın Hörmüz boğazını uzun müddət bağlı saxlamağa gücü çatmaz: “İran belə bir addım atarsa, ABŞ dərhal Hörmüz boğazını açmaq üçün tədbirlərə əl atacaq”.

Bu arada İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) komandanlarından biri olan Əli Əşrəf Novruzi deyib ki, Hörmüz boğazının bağlanması hökumətin əsas strateji hədəflərindən biridir və zamanı gəldiyində boğaz bağlanacaq.
Bu xəbər oxucular tərəfindən 1026 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed