16.03.2015 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Aydın zakiri Meşkinşəhrin zindanından azadlığa buraxılıb.
21 Fevral (2 isfənd) təhlükəsizlik qüvvələri tərəfindən öz evində yaxalanan və Meşkinşəhərin zindanına aparılan fəal martın 14 də (isfəndin 24-də) 50 milyon tümənlik vəsiqə qarşılığında sərbəst buraxılıb.
GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata əsasən, martın 6-da (isfəndin 16-dən) aclıq aksiyasına başlayan fəal ana dili ilə bağlı mədəni fəaliyyətlərinə görə yaxalanmışdır. A. Zakirinin ailəsi onun azadlığa buraxılması üçün məhkəmənin istədiyi vəsiqəni təslim etsələr də, məhkəmə məsulları onun azadlığını təmin etməmişdir və fəal qanunsuz olaraq zindanda saxlanılırdı.
Meşkinşəhr məhkəməsi bundan öncə A.Zakirinin azadlığa buraxılması üçün 100 milyon riallıq vəsiqə tələb etmişdir.
Xatırladaq ki, A.Zakiri – Dünya Ana Dili Günündə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə, sonra isə Meşkinşəhr zindanına aparılıb. Azərbaycanlı fəal yaxalandıqdan sonra ETTELAAT məmurları onun iş yerinə gedib və heç bir məhkəmə hökmü göstərmədən xalçayuma sexini (karqah) bağlamışdır.
Azərbaycanlı fəalın ailəsinin təzyiq altında olduğu da bildirilib.
GünAz TV

Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |