Şrift:
İran rəsmisi: Təbrizin tarixi evləri sökülmək ərəfəsindədir
16.03.2015 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz şəhər icra hakimiyyətinin turizmin inkişafı təşkilatının rəhbəri Rza Xəlili martın 14-də jurnalistlərlə görüşündə şəhərin sökülmək təhlükəsi ilə üz-üzə qalan tarixi bina və evlərindən danışıb.
Rza Xəlili deyib ki, hazırda Təbrizdə Qacar sülaləsinin son dövrünə aid 250-dən 300-ə qədər tarixi evin sökülmək ehtimalı, ciddi narahatlığa səbəb olub: “Təəssüflər olsun ki, Təbrizin bu gün bir çox qədim və tarixi evləri, o sıradan da Ordubadi və Şərbətoğlu evləri və sair binalar bir sıra təşkilatlar və qurumların ixtiyarındadır. Həmin evlər, hazırda sökülmək ərəfəsindədir. Təbriz şəhər icra hakimiyyəti çalışır ki, bu evləri satın almaqla onları turizm mərkəzinə çevirsin. Lakin onları almağa da icra hakimiyyətinin büdcəsi kifayət etmir. Əhali artıq, parka getməkdən yorulub və boş vaxtını daha çox tarixi məkanları ziyarət etməyə ayırmaq istəyir.

Bizim son vaxtlar Fransanın turizm agentliklərinin nümayəndələri ilə görüşümüz olub. Biz onları, Şərqi Azərbaycan əyalətinin turizm sahəsindəki potensialı ilə tanış etdik. Elə buna görə də hesab edirik ki, mövcud imkanlardan yararlanaraq Təbrizi və əyaləti turizm mərkəzinə çevirmək vacib məsələlərdən biridir”.
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed