16.03.2015 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Martın 13-də Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi, namaz xütbəsində etdiyi çıxışında, axır çərşənbə mərasiminin islam qaydalarına zidd olduğunu bildirib.
Axund Xatəmi deyib ki, axır çərşənbə mərasimində tonqal qalamaq islam qaydalarına zidd addımdır: “Novruz bayramınımn yaxşı ənənələrindən biri, bayramdan əvvəl evləri silib süpürmək, təmizlik işləri aparmaqdır. Bu bayramın digər müsbət cəhətlərindən biri də, ürəklərdəki kin-küdurəti silmək, qohum-əqrəbanın, o sıradan da ağsaqqallarla ağ birçəklərin görüşünə getməkdir. Heç kəs bununla müxalif deyil.
Lakin gənclərimizə bildirərəm ki, şənlik və ya şadlıq etmək, Allahın qoyduğu qırmızı xətləri pozmaq anlamında deyil. Bizim millət mədəni bir xalqıdır. Axır çərşənbə mərasimində tonqal qalamağın və odla oynamağın heç bir məntiqi əsası yoxdur. Bu, başqalarının asayişini pozmaq və onların hüququna təcavüz etməkdən başqa bir şey deyil. Bir sözlə, bildirirəm ki, axır çərşənbədə tonqal qalamaq haramdır və islam şəriətinə zidd addımdır”.

Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |