16.03.2015 [15:49] - Xəbərlər, Bildiriş
Azərbaycan sinoptikləri İlaxır çərşənbə günü üçün hava proqnozunu açıqlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 17-də bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |