Şrift:
Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib
09.01.2012 [12:56] - Diaspor
Bosniya və Herseqovinanın Ədliyyə Nazirliyinin qərarına əsasən Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib. Bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən məlumat verilib. Sarayevo şəhəri, Muhamed Haciyahiç küçəsi, № 29 hüquqi ünvanında yerləşən Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyasının sədri Cenita Özgünerdir.

Assosiasiya Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında mədəniyyət, təhsil, iqtisadiyyat, idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək, bu məqsədlə müxtəlif görüşlərin, dəyirmi masaların, seminar və s. tədbirlərin təşkilatçılığı, habelə ölkələr arasında hər iki tərəf üçün qarşılıqlı maraq doğuran məsələlərin həyata keçirilməsi üçün təcrübə və məlumat mübadiləsi ilə məşğul olacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası bu ölkədə Azərbaycanla əlaqələrin genişləndirilməsi məqsədi ilə qurulmuş ilk və hələlik yeganə təşkilatdır.

Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyasının dövlət qeydiyyatına alınması barədə qərar rəsmi "Službeni glasnik BiH" qəzetində çap olunub.
Bu xəbər oxucular tərəfindən 1304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed