Şrift:
Azərbaycan gimnastları Çexiyada "qızıl" və "gümüş" medallar qazanıblar
16.03.2015 [15:56] - Gündəm, İdman
14-16 mart tarixlərində Çexiyanın Zlin şəhərində Azərbaycan gimnastlarının da yer aldığı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, fərdi çıxışına görə Vladmir Dolmatov “gümüş” medal qazanıb, qarışıq cütlüyümüz isə (Dolmatova – Koltunova) iki cütlük arasında 1-ci yeri əldə ediblər. Anastasiya Koltunova da həmçinin, fərdi çıxışlarına görə finala çıxmağa müvəffəq olub, lakin daha sonra 10-cu yerdə qərarlaşıb.

Ökəni bu yarışda yeniyetmə gimnastlar – Fəridə Ağayeva və Xədicə Quliyeva da təmsil ediB. Onlar fərdi çıxışlarına görə müvafiq olaraq, 14-cü və 35 yerdə (38 yerdən) qərarlaşıblar.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed