Şrift:
Azərbaycan gimnastları Latviya və İspaniyadan iki bürünc medal gətiriblər
17.03.2015 [02:59] - Xəbərlər, İdman
Ötən həftəsonu Latviya və İspaniyada bədii gimnastika üzrə beynəlxalq turnirlər yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Riqada ənənəvi olaraq hər il keçirilən “Baltic hoop” yarışı, Gülsüm Şəfizadənin çoxnövçülükdə əldə etdiyi bürünc medalla yadda qalıb. Birinciliyi Belarusdan olan gimnast Melitina Stanuta, “gümüş” medalı isə Rusiyadan olan gimnast İrina Annenkova əldə edib.

Digər gimnastımız Zeynep Çelep çoxnövçülükdə və halqa ilə 8-ci yerdə qərarlaşıb. Yeniyetmələrdən ibarət qrup komandası 5 topla çıxışlarına görə 4-cü olub.

Eyni zamanda cənubda, İspaniyanın Barselona şəhərində Azərbaycan gimnastı Marina Durunda beynəlxalq turnirdə iştirak edirdi və o, gürzlərlə çıxışlarına görə 3-cü yerdə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed