Şrift:
İran Parlamantenin millət vəkili: -Urmu gölünün canlandırılması ilə bağlı xüsusi bir iş görülməyib
17.03.2015 [10:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran Parlamentindəki millət vəkili növbəti dəfə Urmu gölü məsələsinə toxunub.
Nadir Qazirpur bu barədə deyib:
“Təəssüflə Urmu gölünün su səviyyəsi tarazlığı keçən ilə nisbətən 2-3% faiz azalıb. Bu ona görə ki, buxarlanma gölə daxil olan sudan daha çoxdur. Qərara alınmışdır ki, Piranşəhrin Silvə səddindən 300 milyon kubmetr və KaniSiyu səddindən 650 milyon kubmetr su Urmu gölünə axıdılsın. Lakin büdcənin olmaması səbəbindən bu baş tutmadı.”
Millət vəkili sözlərinin davamında deyib: “Planlaşdırmaya görə, Urmu gölü 10 il ərzində əvvəlki vəziyyətinə qayıtmalıdır, halbuki, bu zəmində heç bir iş görülməyib.”
Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed